Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1381/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1943-cü il təvəllüdlü X4 xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, onun anası X7 xx.xx.1943-cü ildə anadan olub, xx.xx.2024-cü ildə vəfat edib. O, Abşeron rayonu ərazisində yerləşən Masazır kənd qəbiristanlığında dəfn edilib. İndiyə qədər anasına ölüm haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Anasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığından məhkəmə qaydasında anasının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 05533395 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1943-cü il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. - Fotoşəkildən müəyyən olunur ki, X5 aid məzar daşının üzərində xx.xx.1943xx.xx.2024-cü il tarixləri qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən 17 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 362936 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 467 nömrə ilə qeyd edilmişdir. X14 Zakiroviç, anası isə X6r. - Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin 01/01-06/873 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2024-cü il tarixdə rəhmətə gedən anası X1 qəbirstanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-4009/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanı xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 39 nömrəli şəhər Poliklinikasının Ərizəçi ünvanlanmış 17 dekabr 2024-cü il tarixli, 18-1-1-11/2-İ-281-42-8/2024 saylı məktubuna əsasən anası X3 illərdə poliklinikaya müraciəti olmamış və hər hansı xəstəlik dispanser qeydiyyatda deyil. Eyni zamanda bildirilmişdir ki, K.Temirniyazova son 3 ildə poliklinkanın dislokasiyasına aid olan ərazidə yaşamamışdır. Ona görə də ölüm haqqında şəhadətnamənin tərəflərindən verilməsi mümkün deyildir. Odur ki, o, sənədin alınması üçün anasının son illər yaşadığı və ölümün baş verdiyi ərazidə olan tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunmuşdur. - “Respublika Təcili və X12 Mərkəzi” PHŞ Sumqayıt TTTYS-nin xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə Briqada ünvan 2 ünvanına çatdıqda 1943-cü il təvəllüdlü X4 meyidini aşkar etmişdir. Mərhuma ürək çatışmazlığı, dipertoniya xəstəliyi, dəqiqləşdirilməmiş bronxit xəstəliyindən əziyyət çəkdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Onlar ərizəçinin anası X7 ilə bir ünvanda yaşayırdılar. xx.xx.2024-cü il tarixdə o, həyat yoldaşı ilə səhər saatlarında işə getmək üçün evdən çıxmaq istəyəndə, bu zaman həyat yoldaşı anasını çağırmış, lakin cavab verilmədiyindən gedib baxanda görmüşdür ki, onun anası rəhmətə gedib. Qonşuluqda yaşayan qonşusunu çağırmışlar, o da yoxlayanda görmüşdür ki, qaynanası rəhmətə gedib. Sonra təcili tibbi yardımı çağırmışlar, onlar da ölüm faktını təsdiq etmişlər. O, Ərizəçi anası xx.xx.1943-cü ildə Ağdaş rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonu Masazır şəhərində ev şəraitində ölməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1943-cü ildə Ağdaş rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixində ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1943-cü ildə Ağdaş rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonu Masazır şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1381/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1381/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver