Məhkəmə qərarları › İş №2(004)-1399/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1399/2022

02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1399/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Yasamal rayon qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Həsənov X9 rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 18.11.2021-ci il tarixində ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 02.01.1949-cu il tarixdə Quba rayonunda anadan olmuşdur. Atasının ünvan 1 ünvanında yaşamışdır. O, ürək və ağciyər çatışmazlığından əziyyət çəkmiş, şəkərli diabet xəstəsi olmuşdur. Onun vəziyyəti ağırlaşdığına görə 18 noyabr 2021-ci il tarixində anadan olduğu Quba rayonuna aparmışlar və həmin gün orada vəfat etmişdir. Qohumlarla birgə onu Quba rayonun, Alekseyevka kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda onun qəbri Quba rayonun, Alekseyevka kənd qəbristanlığında yerləşir. Atasının ölüm faktını şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, məhəllə 577, ev 70 A, 359 saylı mənzil atasının mülkiyyətində oıduğuna görə notariat ofisində vərəsəlik işi açılması üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Bunun üçün atasının ölüm faktını müəyyən edilməsi lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir, bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1nun 18 noyabr 2021-ci il tarixində Quba rayonunda vəfat etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yasamal rayon qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin Yasamal rayon qeydiyyat şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının oğludur. Mərhum isə onun qardaşıdır. Qardaşı ürək və ağciyər çatışmazlığından əziyyət çəkmiş və şəkərli diabet xəstəsi olmuşdur. Son bir ay ərzində ona bacısı və o qulluq etmişdir. 18 noyabr 2021-ci ildə təcili yardım çağırılmış, həkim mərhumun terminal vəziyyətində olduğunu bildirmişdir. Qardaşının vəziyyəti ağır olduğundan 18 noyabr 2021-ci il tarixində günorta radələrində doğulduğu Quba rayonuna aparmışlar, axşam radələrində elə orada vəfat etmiş və Quba rayonun, Alekseyevka kənd qəbristanlığında dəfn edilmişdir. Dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur. Mərhum isə onun dayısıdır. Dayısının vəziyyəti ağır olduğundan 18 noyabr 2021-ci il tarixində doğulduğu kəndə aparmışlar, elə orada vəfat etmiş və Quba rayonunun Alekseyevka kənd qəbristanlığında dəfn edilmişdir. Dəfnində şəxsən iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 8 saylı Bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 18.11.2021-ci il tarixdə saat 13.54 radələrində Bakı şəhəri, Ə.Cəmil 70 a ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi A.Süleymanova yerinə yetirmişdir.Xəstənin terminal vəziyyətdə olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinin 15.01.2022-ci tarixli, 05/76-153/13 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməməyindən ölüm haqqında şəhadətnamə verməsindən imtina edilmişdirr. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin qeydiyyat şöbəsi tərəfindən verilmiş Х-ЖГ seriyalı 343910 nömrəli 16.08.1984-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2754 saylı akt qeydi tərtib edilmişdir. X1, anası X4r. İş materiallarinda olan Quba rayonu Alekseyevka Bələdiyyəsinin 29.12.2021-ci il tarixli 517 saylı arayışından görünür ki, həqiqətəndə məhrum X5 18 noyabr 2021-ci il tarixində vəfat etdikdən sonra kənd camaatının və yaxın qohumlarının iştirakı ilə Quba rayonu Alekseyevka kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn xərcləri məhrumun oğlu Ərizəçi çəkmişdir. İş materiallarinda olan Quba rayonu Alekseyevka Bələdiyyəsində tərtib edilərək təsdiq edilmiş aktından görünür ki, Mikayılov Novruz, Tahirova Nazimə, Mustafayev Rəşad, Əlirzayev Elman, Bahəddinov Əhmədağa adlı şəxslər X2 18 noyabr 2021-ci il tarixində Quba rayonu Alekseyevka kəndində ata evində vəfat etməsini öz imzaları ilə təsdiq edirlər. İş materiallarinda olan Azərbaycan Respublikasi İcbari Tibbi Siğorta üzrə X12 ərazi bölmələrini idarəetmə birliyi Bakı Baş səhiyyə mərkəzi 16 saylı şəhər poliklinikasının 28.02.2022-ci il tarixli, 93 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 02 yanvar 1949-cu il təvəllüdlü X2 18 noyabr 2021-ci il tarixində Quba rayonunda vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.01.1949-cu il təvəllüdlü X2 18 noyabr 2021-ci il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar