Məhkəmə qərarları › İş №2(004)-1403/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1403/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1403/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30.05.*927-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X3nın 22.0*.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*962-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3 30.05.*927-ci ildə ünvan 1 ünvanında qeydiyyatda idi. Lakin, İnşaatçılar pr.20A, mənzil 63B ünvanında birlikdə yaşamışlar. Bildirmək istəyir ki, anası heç bir xəstəlikdən əziyyət çəkmirdi. 5 il idi yataq xəstəsi idi. 22.0*.2022-ci ildə dünyasını dəyişmişdir. Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən X3nın ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdəndə tərəfindən 26.0*.2022-ci il tarixdə anasının ölümün qeydiyyata alınması ilə bağlı Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətinə 26.0*.2022-ci il tarixli, 05/Q-272/*5 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.20*3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Həmçinin Maraqlı şəxs tərəfindən ona ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.20*3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümü qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən səbəblərə görə anasının ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** bildirmişdir ki, ərizəçi onun həyat yoldaşı, X2 isə qaynanasıdır. Mərhumun yaşı çox idi. O, 20*9-cu il tarixdə yıxılmış və zədə almışdır. Ele o vaxtdan da, yataq xəstəsi olmuşdur. Keçən ilin noyabr ayından vəziyyəti daha da pisləşmişdir. Həmin tarixdən 2 ay müddətində müalicə aldı, lakin bu ilin yanvar ayının 22-də isə dünyasını dəyişdi. Mərhum X* qəsəbəsində Müsəlman qəbirstanlığda dəfn edilmişdir. X4 22.0*.2022-ci il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Təcili və X8 Stansiyasının 22.0*.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanında 22.0*.2022-ci il tarixində X5 məxsus meyid aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.0*.2022-ci il tarixli, 05/0-272/*5 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Sabunçu rayon bələdiyyyəsinin 09.03.2022-ci il tarixli, 8* nömrəli arayışından görünür ki, X6 22.0*.2022-ci il tarixdə Sabunçu qəsəbəsi Müsəlman qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.*-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 həqiqətən də 22.0*.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.05.*927-ci il təvəllüdlü X4 22.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar