Məhkəmə qərarları › İş №2(004)-1419/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1419/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1419/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, onun bacısı - xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.1992-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, X11 onun bacısıdır. Mərhum atası X8 ilə mərhum anası X2 birgə nikahından 3 övladı dünyaya gəlmişdir: 1962-ci ildə X3, 1964-cü ildə Ərizəçi və xx.xx.1967-ci il tarixdə X11. 1970-ci ildə valideynləri ayrılmışdır. Mərhum bacısı X11 xx.xx.1992-ci il tarixdə gecə yatıb, səhər oyanmamışdır. X6 Binə kənd qəbiristanlığında dəfn etmişlər. Anası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anasını da bacısının məzarının yanında dəfn etmişlər. Bacısının vəfatı ani olmuş, o zamanlar gənc yaşlarında olduğundan və hüquqi savadı olmadığından mərhum bacısına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda bacısına ölüm haqqında şəhadətnamə almaq üçün “Asan Xidmət” Mərkəzinə müraciət edən zaman məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Xəstəxanaya müraciət etsə də, 1992-ci ilə aid sənədlər saxlanmadığını bildirilmişdir. Bacısı vəfat edən zaman el adət-ənənəsi ilə dəfn edilmiş və xəstəxanaya müraciət edilməmişdir. Uzun müddət keçdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X7 iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 46 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat edən mərhum X11 həqiqətən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, 1967-ci il təvəllüdlü X4 qeydiyyat ünvanı barədə məlumat yoxdur. Bakı şəhəri Oktyabrski (Yasamal) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X10 qeyd edilmişdir. Bakı şəhəri Oktyabrski (Yasamal) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1967-cü ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X10 qeyd edilmişdir. Bakı şəhəri Oktyabr rayon icraiyyə komitəsi daxili işlər şöbəsi 2-ci milis bölməsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş Sovet Sosialist Respublikaları İttifaqının XVİİİ-ЖГ 550589 nömrəli pasportundan görünür ki, X11 xx.xx.1967-cü il tarixdə Bakı şəhərində doğulmuşdur və ünvan 2 ünvanda qeydiyyatda olmuşdur 1 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2023-cü il tarixli 3-16-5/7-425/23 nömrəli məktubu ilə X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2023-cü il tarixli 3-16-5/7-425/23 nömrəli arayışından görünür ki, X4 ölümü haqqında məlumat aşkar edilməmişdir. Qəbr daşının fotoşəklində olan yazıda göstərilmişdir ki, X11 xx.xx.1967-ci ildə doğulmuşdur və xx.xx.1992-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X11 Ərizəçi doğma bacısıdır. X11 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və Binə qəsəbəsi kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi bacısının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.1992-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamə verilməsi 1 saylı Bakı “ASAN Xidmət” X7 həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar