Məhkəmə qərarları › İş №2(004)-1450/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1450/2024

07.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1450/2024 07.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri əmlakların məhkəmə qətnaməsi ilə müəyyən edilmiş paylarına uyğun bölünməsi ilə bağlı Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəf olaraq o, Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına müraciət edərək, əmlak bölgüsü ilə bağlı mediasiya işinin açılmasını xahiş etmişdir. Cavabdehlə ailə münasibətləri yaxşı olmadığından Nərimanov Rayon Məhkəməsinin 2(005)-2363/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında 12 oktyabr 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 01 avqust 2013-cü il təvəllüdlü X1 və 29 iyun 2016-cı il təvəllüdlü X2 analarının yanında saxlanılması qət edilmişdir. Bundan başqa Maraqlı şəxs birgə nikahda olduqları zamanı əldə olunmuş əmlaklarda payların müəyyən olunması barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, Ərizəçi adına qeydə alınmış 1999-cu il buraxılışı olan “Ford Transit” (yük sərnişin) markalı, ağ rəngli, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və 2013-cü il buraxılışı olan “Hyundai İX-35” (minik) markalı, ağ rəngli, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs mülkiyyət hüququ tanınmaqla ½ hissədə Maraqlı şəxs, ½ hissədə Ərizəçi payları müəyyən edilsin. İlkin iddia üzrə cavabdeh Ərizəçi 6900 (altı min doqquz yüz) manat, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 89 (səksən doqquz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs verilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs qızdan 6300 (altı min üç yüz) manat, ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi verilməsi və qarşılıqlı iddia ərizəsinin isə qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan onlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş paylara uyğun əmlakda olan payının tələbi ilə bağlı mediasiyaya müraciət etmişlər. Mediasiya prosesi gedən zaman Maraqlı şəxs mediasiya prosesində iştirak etmiş və mediasiya prosesinin sonunda barışıq sazişinin bağlanmasına nail olunmuşdur. Hazırda maraqlı şəxslə 20 dekabr 2023-cü il tarixdə barışıq sazişinin bağlanmasına baxmayaraq, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə idda ərizəsi qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 214/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, Ərizəçi adına qeydə alınmış 1999-cu il buraxılışı olan “Ford Transit” (yük sərnişin) markalı, ağ rəngli, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və 2013-cü il buraxılışı olan “Hyundai İX-35” (minik) markalı, ağ rəngli, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs mülkiyyət hüququ tanınmaqla ½ hissədə Maraqlı şəxs, ½ hissədə Ərizəçi payların müəyyən edilməsi, ilkin iddia üzrə cavabdeh Ərizəçi 6900 (altı min doqquz yüz) manat, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 89 (səksən doqquz) manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs verilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs 6300 (altı min üç yüz) manat, ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi verilməsi və qarşılıqlı iddia ərizəsinin isə qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatının MŞB/9/2023-02509 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər Ərizəçi (bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşmışlar: 1) X5 Tərəfə 15.000 (on beş min) AZN pul vəsaitini ödədi, İkinci Tərəf pulu aldığını öz imzası ilə təsdiq etdi. 2) Birinci Tərəf 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı, **-SZ-*** (hazırki nömrəsi **-PN-***) nömrəli avtomobilin satışından gələn 6300 AZN gəlirdən və dövlət rüsumu üçün ödənilmiş 83 AZN vəsaitdən İkinci Tərəfin xeyrinə imtina edir. 3) İkinci Tərəf 2005-ci il buraxılışlı “Ford Tranzit” markalı, **-BH-*** nömrəli avtomobilin satışından gələn 6900 AZN gəlirdən, 50 AZN mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 89 AZN vəsaitdən Birinci Tərəfin xeyrinə imtina edir. 4) İkinci Tərəf 1999-cu il buraxılışlı “Ford Tranzit” markalı, **-KX-*** nömrəli və 2013-cü il buraxılışlı “Hyundai İX35” markalı, **-OF-*** nömrəli avtomobillərə olan pay hüququndan Birinci Tərəfin xeyrinə imtina edir. 5) Tərəflərin Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 214/2023 nömrəli Qətnaməsi üzrə borcu qalmamışdır və bu əmlaklar üzrə bir-birinə qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.14-cü maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında həm də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6.-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunvericilik tərəflər arasında ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin olaraq Mediasiya Təşkilatına müraciət edilməsini məcburi edərək, mediasiya mərhələsində tərəflər arasında barışıq əldə olunmazsa mübahisə ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Tərəflər arasında barışıq sazişi imzalanarsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və həmin sazişlə tərəflər üzərinə bir sıra öhdəliklər götürməhlə hüquq və vəzifələr daşıdığından, eyni tələblə məhkəməyə müraciət olunması yolverilməzdi (nikahın pozulmasına dair iddia tələbləri istisna olunmaqla). Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Yəni qanunvericiliyin mənasına görə məhkəmədə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizələrə o zaman baxılır ki, tərəflərdən biri həmin saziş üzrə üzərinə götürdüyü öhdəliyi icra etmir və qarşı tərəf isə aralarında mübahisəli məsələ ilə bağlı artıq barışıq sazişi olduğundan eyni tələblə bağlı məhkəməyə müraciət etmək hüququnu itirir. İş materialları ilə isə müəyyən edilir ki, tərəflər arasında əmlak bölgüsünə dair mübahisə üzrə artıq qanuni qüvvəsini almış və icra mərhələsində olan məhkəmə qətnaməsi mövcuddur (Yasamal Rayon Məhkəməsinin 2(004)-214/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi). Belə olan halda məhkəmə hesab edir ki, tərəflər icra vərəqinin icrası ilə bağlı aralarında barışıq əldə etdikləri halda və buna dair yazılı (və ya notariat) saziş mövcud olduğu halda, həmin saziş icra vərəqi üzrə icraata xitam verilməsi üçün tərəflərdən birinin ərizəsi ilə müvafiq icra şöbəsinə (icra məmuruna) təqdim edilməli, icra məmurunun əsassız imtinasından və ya hərəkət və hərəkətsizliyindən isə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət ərizəsi ilə müraciət edilə bilər. Qanunvericiliyin mənasından göründüyü kimi, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında ərizə ilə deyil, müvafiq icra işinin davamı olaraq məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Bundan başqa məhkəmə onu da qeyd edir ki, təqdim olunmuş sazişdən görünür ki, X5 Tərəfə 15.000 (on beş min) AZN pul vəsaitini ödədi, İkinci Tərəf pulu aldığını öz imzası ilə təsdiq etdi. Yəni tərəflərin arasında ödənilməsi razılaşdırılmış məbləğ artıq icra olunaraq ödənilmişdir. Sazişin digər bəndlərinə əsasən isə, Birinci Tərəf 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı, **-SZ-*** (hazırki nömrəsi **-PN-***) nömrəli avtomobilin satışından gələn 6300 AZN gəlirdən və dövlət rüsumu üçün ödənilmiş 83 AZN vəsaitdən İkinci Tərəfin xeyrinə imtina edərə; İkinci Tərəf 2005-ci il buraxılışlı “Ford Tranzit” markalı, **-BH-*** nömrəli avtomobilin satışından gələn 6900 AZN gəlirdən, 50 AZN mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 89 AZN vəsaitdən Birinci Tərəfin xeyrinə imtina edərək; İkinci Tərəf 1999-cu il buraxılışlı “Ford Tranzit” markalı, **-KX-*** nömrəli və 2013-cü il buraxılışlı “Hyundai İX35” markalı, **-OF-*** nömrəli avtomobillərə olan pay hüququndan Birinci Tərəfin xeyrinə imtina edərək; Tərəflərin Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(004)-214/2023 nömrəli Qətnaməsi üzrə borcu qalmamışdır və bu əmlaklar üzrə bir-birinə qarşı heç bir şikayət və tələbləri olmaması, gələcəkdə də olmayacağnna dair razılığa gəlmişlər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə xüsüsi icraat qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, icra vərəqi üzrə icrata xitam verilməsi barəd ərizə ilə müvafiq icra şöbəsinə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi: **********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar