Məhkəmə qərarları › İş №2(004)-1494/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1494/2024

16.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1494/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01172 nömrəli barışıq sazişinin hissəvi təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əsasən müəyyən olunur ki, ərizəçi sözügedən barışıq sazişi üzrə “Maraqlı şəxs1 birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs1 Malik oğlunun saxlanılması üçün hər ay bütün qazanclarının 50% məbləğində alimentin tutulmasını xahiş etdi” şərtinin təsdiq edilməsini xahiş edir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs1 (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01172 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs1 birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs1 Malik oğlunun saxlanılması üçün hər ay bütün qazanclarının 50% məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs1 tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs1 tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01172 nömrəli barışıq sazişi hissəvi olaraq “Maraqlı şəxs1 birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs1 Malik oğlunun saxlanılması üçün hər ay bütün qazanclarının 50% məbləğində alimentin tutulmasını xahiş etdi” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01172 nömrəli barışıq sazişi hissəvi olaraq “Maraqlı şəxs1 birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs1 Malik oğlunun saxlanılması üçün hər ay bütün qazanclarının 50% məbləğində alimentin tutulmasını xahiş etdi” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar