Məhkəmə qərarları › İş №2(004)-1495/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1495/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1495/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydiyyata alınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.02.1971-ci il təvəllüdlü mərhum X3 30.11.2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şösessi, dalan 2 ünvanında yerləşən fərdi yaşayış evində “beyin tumoru” xəstəliyi səbəbindən ölməsi faktının müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi ray., Binəqədi şösessi, dalan 2 ünvanında övladları ilə birlikdə yaşayır. Mərhum 21.02.1971-ci il təvəllüdlü X7 onun bacısıdır. Bacısı 30.11.2020-ci il tarixdə onunla birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi ray., Binəqədi şösessi, dalan 2 ünvanında yerləşən fərdi yaşayış evində “beyin tumoru” xəstəliyi səbəbindən vəfat etmişdir. Mərhum bacısı X4 30.11.2020-ci il tarixdə qohum-qonşunun və yas mərasiminə qatılan digər şəxslərin iştirakı ilə Səbail rayonu, Badamdar qəbirstanlığında dəfn etmişdirlər. Bir müddət sonra o, vərəsəlik işi ilə əlaqədar mərhum bacısı X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Bundan başqa şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli şəhər poliklinikasına da rəsmi müraciət etmişdir. Lakin şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək, ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, mərhum X3 oğludur. Anası xəstəlikdən əziyyət çəkiridi və evdə qayğısına qalan olmadığından, xalasıgilə aparmışdılar. Orada anasına xalası baxırdı. Ölümündən 2-3 saat əvvəl təcili tibbi yardım çağırmışdılar. Həkimlər vəziyyətinin pis olduğunu, cox ömrü qalmadığını bildirdilər. Bir neçə saat sonra vəfat etdi. Ölüm tarixi 30.11.2020-ci il tarixdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o, ərizəçinin və mərhumun ailəsinin sürücüsü olub. Özü taksi fəaliyyəti ilə məşğuldur, lakin tez-tez Ərizəçi və digər ailə üzvlərini lazımi yerlərə aparır. Hadisənin baş verdiyi gün mərhumun vəziyyəti cox pis idi. Təranə xanım köməyə ehtiyacın ola biləcəyini və getməməsini xahiş etmişdi. Təcili tibbi yardım çağırılmışdı. Həkimlər vəziyyətin ağır olduğunu 1-2 saat ömrünü qaldığını bildirmişdilər. Elə həkimlərin dediyi kimi də oldu, bir neçə saat sonra dünyasını dəyişdi. Ölüm tarixi 30.11.2020-ci ildir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli, 948 saylı arayışdan müəyyən olunur ki, 21.02.1971-ci il təvəllüdlü X1 Təranə Zakir qızının bacısıdır. İş materiallarında olan AZE seriyalı, 07902019 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21.02.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi qızna ünvanlanmış 01 fevral 2022-ci il tarixli, 05/76-341/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X3 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün olmammış, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadasının tərkibinə 30.11.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi ray., Binəqədi şösessi, dalan 2 ünvanına çağırış edilmiş, həkim briqadası 06:34-də xəstənin yanına çatmışdır. Xəstə 1971-ci il təvəllüdlü X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan 16 saylı Şəhər Poliknikası tərəfindən Ərizəçi ünvanlanmış 19.01.2022-ci il tarixli, 13 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş 21.02.1971-ci il təvəllüdlü, 30.11.2020-ci il tarixdə vəfat edən X2 rayon ərazisində vəfat etdiyinə və eyni zamanda Poliklinikaya heç bir müraciət olunmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli, 79 saylı arayışdan görünür ki, 21.02.1971-ci il təvəllüdlü X7 30.11.2020-ci il tarixdə Badamdar qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 21.02.1971-ci il təvəllüdlü X3 30.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 21.02.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 30.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar