Məhkəmə qərarları › İş №2(004)-1495/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1495/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1495/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MSB/2/222024-00017 saylı “Barışıq sazişinin” təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o Maraqlı şəxs qarşı “əmlak bölgüsü və pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150 kv.m olan 4 otaqlı, ümumi sahəsi 32 kv.m olan 2 otaqlı, ümumi sahəsi 45 kv.m olan 3 otaqlı, ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı yaşayış evlərinin ümumi dəyəri olan 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 62500 (altmış iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Qərar qanuni qüvvəsini almış və icra olunmaq üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İş icra mərhələsində olarkən maraqlı tərəfin təklifi ilə pulun əvəzi olaraq ona mübahisə predmeti olan mənzillər təklif olunmuşdur. Təklifi qəbul etmiş və bu barışığı rəsmiləşdirmək üçün maraqlı şəxs ilə onun arasında Bakı 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MSB/2/222024-00017 saylı saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən tərəflər razılığa gəlmişlər ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150 kv.m olan 4 otaqlı, ümumi sahəsi 32 kv.m olan 2 otaqlı, ümumi sahəsi 45 kv.m olan 3 otaqlı, ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı yaşayış evlərinin ümumi dəyəri olan 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 62500 (altmış iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manatın əvəzi olaraq cavabdeh Maraqlı şəxs Ərizəçi ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 33 kv.m olan orta təmirli 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam), ümumi sahəsi 38 kv.m olan 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam) olmaqla 2 ayrı mənzili iddiaçı Ərizəçi daimi sahibliyinə və istifadəsinə verir. Maraqlı şəxslə barışıq sazişində göstərilən tarixdən bugünə qədər həmin mənzillər ona təhvil verilməmiş, mənzillərdən əldə etdiyi kirayə haqqını mənimsəmişdir. Ona görə də hesab edir ki, Mediasiya prosesində bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nümayəndəsi X2 barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024cü il tarixli Barışıq sazişinə əsasən, Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150 kv.m olan 4 otaqlı, ümumi sahəsi 32 kv.m olan 2 otaqlı, ümumi sahəsi 45 kv.m olan 3 otaqlı, ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı yaşayış evlərinin ümumi dəyəri olan 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 62500 (altmış iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manatın əvəzi olaraq cavabdeh Maraqlı şəxs Ərizəçi ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 33 kv.m olan orta təmirli 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam), ümumi sahəsi 38 kv.m olan 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam) olmaqla 2 ayrı mənzili iddiaçı Ərizəçi daimi sahibliyinə və istifadəsinə verir. Tərəflər razılığa gəldilər ki, Ərizəçi daimi sahibliyinə və istifadəsinə verilmiş mənzillərə dair gələcəkdə yaranacaq bütün hüquqlar (mülkiyyət, əvəzləşdirmə, bağışlama, alqı-satqı və s.) Ərizəçi məxsus olacaq. Tərəflər razılığa gəldilər ki, bu saziş imzalandıqdan sonra Maraqlı şəxs İsa oğlunun hər iki mənzilə dair hər hansı tələbi və etirazı olmayacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 100 manat mediasiya xərci ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150 kv.m olan 4 otaqlı, ümumi sahəsi 32 kv.m olan 2 otaqlı, ümumi sahəsi 45 kv.m olan 3 otaqlı, ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı yaşayış evlərinin ümumi dəyəri olan 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 62500 (altmış iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manatın əvəzi olaraq cavabdeh Maraqlı şəxs Ərizəçi ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 33 kv.m olan orta təmirli 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam), ümumi sahəsi 38 kv.m olan 2 otaqlı (1 qonaq, 1 yataq, mətbəx, 1 sanitar qovşağı, hamam) olmaqla 2 ayrı mənzili iddiaçı Ərizəçi daimi sahibliyinə və istifadəsinə verir.

2. Tərəflər razılığa gəldilər ki, Ərizəçi daimi sahibliyinə və istifadəsinə verilmiş mənzillərə dair gələcəkdə yaranacaq bütün hüquqlar (mülkiyyət, əvəzləşdirmə, bağışlama, alqı-satqı və s.) Ərizəçi məxsus olacaq.

3. Tərəflər razılığa gəldilər ki, bu saziş imzalandıqdan sonra Maraqlı şəxs İsa oğlunun hər iki mənzilə dair hər hansı tələbi və etirazı olmayacaq. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar