Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1518/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü əri X2 xx.xx.2023-cü il tarixində ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü əri X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X3 xx.xx.1947-ci il tarixində anadan olmuş və halhazırda faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 5A 40 saylı mənzildə ailəsi ilə birgə yaşayır. Mərhum xx.xx.1937-ci il təvəllüdlü X5 onun həyat yoldaşıdır. Mərhum həyat yoldaşı xx.xx.2023-cü il tarixində səhhətində olan nasazlıqdan vəfat etmiş və Masazır qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Hal-hazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin hazırda onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. O, isə qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün 3 nömrəli şəhər polikilinikasına rəsmi müraciət etmiş, lakin onlar şəhadətnamənin verilməsindən imtina etmişlər. Bundan sonra o, mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Bütün bu səbəblərdən də o, mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1937-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 16 saylı şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, xx.xx.1937-ci il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5. bəndinə əsasən poliklinika tərəfindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 8 saylı bölməsinin xx.xx.2023cü il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü tarixdə çağırışla əlaqədar saat 21:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 5A 40 saylı mənzilə gəlinmiş və çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş kişi cinsli meyit aşkar etmişdir. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. xx.xx.2023-cü ildə Masazır kəndində yerləşən Masazır qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda qəbirin üstü götürülməmişdir İş materiallarında olan АЗ seriyalı №106551 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 9 Mart 1968-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Cabbarova” soyadı verilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X2 xx.xx.1937-ci ildə doğulduğu, xx.xx.2023-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçi onun qaynanasıdır. Mərhum qaynatasının ürəyi xəstə idi və ürəyindən əməliyyat olmuşdur. İşdə olarkən qaynanası ona zəng edərək qaynatasının vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, gəldikdə qaynatasının vəziyyətinin ağır olduğunu görmüş və təcili tibbi yardım çağırmışdır. Lakin, təcili tibbi yardım gəldikdə qaynatası artıq rəhmətə getmişdir. Mərhum qaynatası Masazır qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin əri olmuşdur. 20 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 qəsəbəsində yerləşən Masazır qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun həyat yoldaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1937-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1518/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1518/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver