Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-152/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər İbadov Rauf Rafaıl oğluna, Cavabdeh2 və İbadova Ülkər Şamıl qızına qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı QSC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 08R000018273 saylı kredit razılaşması üzrə cəmi 21696,42 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə cəmi 19355,60 manat və 008R********** saylı kredit razılaşması üzrə cəmi 15860,98 manat borcun ipoteka predmeti olan Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 08A000032139 saylı kredit razılaşması üzrə cəmi 18767,09 ABŞ dolları borcun ipoteka predmeti olan Lənkəran şəhəri, Ak.Zərifə Əliyeva küçəsində yerləşən 78/21 saylı evin Cavabdeh1 məxsus 31 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Lənkəran şəhəri Ak.Zərifə Əliyeva küçəsində yerləşən 78/21 saylı evin 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə 08R000018273 saylı kredit razılaşması üzrə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 21696.42 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə cəmi 19355,60 manat və 008R********** saylı kredit razılaşması üzrə cəmi 15860,98 manat borcun ipoteka predmeti olan ünvan 1ində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilərək, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(004)-4597/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, X3, Cavabdeh3, X12 və X9 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000018273 saylı kredit razılaşması üzrə 17216,60 ABŞ dolları əsas borc, 3744,25 ABŞ dolları faiz borcu və 1721,66 ABŞ dolları cərimə olmaqla, cəmi 22682,51 ABŞ dolları, Cavabdeh1, X2, Cavabdeh2, X3, Cavabdeh3 və X12 müştərək qaydada 008R********** saylı kredit razılaşması üzrə 17622,85 manat əsas borc, 6088,69 manat faiz borcu və 1762,29 manat cərimə olmaqla, cəmi 25473,83 manat, 008R********** saylı kredit razılaşması üzrə 14666,12 manat əsas borc, 4847,15 manat faiz borcu və 1466,61 manat cərimə borcu olmaqla, cəmi 20979,88 manat borcun, Cavabdeh1, X2 və X12 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08A000032139 saylı kredit razılaşması üzrə 14929,12 ABŞ dolları əsas borc, 3246,77 ABŞ dolları faiz borcu və 1493 ABŞ dolları cərimə olmaqla, cəmi 19668,89 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, kredit razılaşmaları üzrə tutulmalı olan əsas, faiz və cərimə borcu dəyişdirilmiş, 08R000018273 saylı kredit razılaşması üzrə 17097,17 ABŞ dolları əsas borc, 3744,25 ABŞ dolları faiz borcu və 855 ABŞ dolları cərimə olmaqla, cəmi 21696,42 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə 17179,46 manat əsas borc, 1316,14 manat faiz borcu və 860 manat cərimə olmaqla, cəmi 19355,60 manat, 008R********** saylı kredit razılaşması üzrə 14226,08 manat əsas borc, 923,90 manat faiz borcu və 711 manat cərimə olmaqla, cəmi 15860,98 manat, 08A000032139 saylı kredit razılaşması üzrə 14780,32 ABŞ dolları əsas borc, 3246.77 ABŞ dolları faiz borcu və 740 ABŞ dolları cərimə olmaqla, cəmi 18767,09 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 03.07.2014-cü il tarixli 08A000032139 saylı kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 03.07.2014-cü il tarixli 010 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Lənkəran şəhəri, X16 küçəsi, 78/21 saylı evin 31 saylı mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 7 №-li reyestr kitabının 97 №li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən mənzilin ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08.09.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 16.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənimişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, X10 və Cavabdeh3 AccessBank QSC ilə bağladığı 07.06.2012-ci il tarixli 08M000000860 nömrəli ipoteka müqaviləsi əsasında Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 22 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehlər-ipoteka verən Cavabdeh2, X10 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08.09.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 16.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı bildirişin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Mülki iş məhkəmənin icraatında olduğu dövrdə ipoteka predmetlərindən biri- Lənkəran şəhəri Ak.Zərifə Əliyeva küçəsində yerləşən 78/21 saylı evin Cavabdeh1 məxsus 31 nömrəli mənzili ipoteka yüklülüyündən azad edilmişdir. Bundan başqa mülki iş məhkəmədə olarkən X10 vəfat etdiyi məlum olmuş, onun vərəsələrinin müəyyən edilməsi üçün sorğular verilmiş, X5 dair vərəsəlik işi açılmamış və vərəsəlik hüququ haqqında arayış verilməmişdir. Lakin aydın olmuşdur ki, Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsinin mərhuma məxsus 0.02 ha hissəsi hazırda mərhumun həyat yoldaşı Cavabdeh2, övladlığa götürdüyü qızı Cavabdeh3 və kürəkəni Cavabdeh1 istifadəsindədir və onlar orada yaşayırlar. X1 hüquq və vəzifələri onun birinci növbədə vərəsələri Cavabdeh2 və Cavabdeh3 qızma keçmişdir. Onlar həmin ünvanda yaşayır, əmlaka sahiblik edir, əmlakı faktiki idarə edir və mirası qəbul etdiklərini şəksiz nümayiş etdirirlər, bununla da mirası tamamilə qəbul etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(004)-4597/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, X3, Cavabdeh3, X12 və X9 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000018273 saylı kredit razılaşması üzrə 17216,60 ABŞ dolları əsas borc, 3744,25 ABŞ dolları faiz borcu və 1721,66 ABŞ dolları cərimə olmaqla, cəmi 22682,51 ABŞ dolları, Cavabdeh1, X2, Cavabdeh2, X3, Cavabdeh3 və X12 müştərək qaydada 008R********** saylı kredit razılaşması üzrə 17622,85 manat əsas borc, 6088,69 manat faiz borcu və 1762,29 manat cərimə olmaqla, cəmi 25473,83 manat, 008R********** saylı kredit razılaşması üzrə 14666,12 manat əsas borc, 4847,15 manat faiz borcu və 1466,61 manat cərimə borcu olmaqla, cəmi 20979,88 manat borcun, Cavabdeh1, X2 və X12 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08A000032139 saylı kredit razılaşması üzrə 14929,12 ABŞ dolları əsas borc, 3246,77 ABŞ dolları faiz borcu və 1493 ABŞ dolları cərimə olmaqla, cəmi 19668,89 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, kredit razılaşmaları üzrə tutulmalı olan əsas, faiz və cərimə borcu dəyişdirilmiş, 08R000018273 saylı kredit razılaşması üzrə 17097,17 ABŞ dolları əsas borc, 3744,25 ABŞ dolları faiz borcu və 855 ABŞ dolları cərimə olmaqla, cəmi 21696,42 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə 17179,46 manat əsas borc, 1316,14 manat faiz borcu və 860 manat cərimə olmaqla, cəmi 19355,60 manat, 008R********** saylı kredit razılaşması üzrə 14226,08 manat əsas borc, 923,90 manat faiz borcu və 711 manat cərimə olmaqla, cəmi 15860,98 manat, 08A000032139 saylı kredit razılaşması üzrə 14780,32 ABŞ dolları əsas borc, 3246.77 ABŞ dolları faiz borcu və 740 ABŞ dolları cərimə olmaqla, cəmi 18767,09 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 03.07.2014-cü il tarixli 08A000032139 saylı kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 03.07.2014-cü il tarixli 010 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Lənkəran şəhəri, X16 küçəsi, 78/21 saylı evin 31 saylı mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, X10 və Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 07.06.2012-ci il tarixli 08M000000860 nömrəli ipoteka müqaviləsi əsasında Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lənkəran Rayon 1 saylı Notariat Ofisinin 08.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış - X5 aid ünvan 2ə vərəsəlik işinin açılması faktı müəyyən edilməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Lənkəran Şəhər icra Hakimiyyəti başçısı aparatının 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Lənkəran rayonu Velədi kəndində X6, Cavabdeh3 və X4 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mərhum X5 məxsus 0.02 ha hissəsi hazırda mərhumun həyat yoldaşı X7, övladlığa götürdüyü qızı Cavabdeh3 və kürəkəni Cavabdeh1 Rəfail oğlunun istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 317.1-ci borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərərin ödənilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi ixərcləri də daxil olmaqla tam həcmdə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxıl deyildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.” Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan, Lənkəran rayonu Velədi kəndində 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) bazar qiyməti 50.000 manat, likvid dəyəri isə 42.000 manat təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə 08R000018273 saylı kredit razılaşması üzrə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 21696.42 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə cəmi 19355,60 manat və 008R********** saylı kredit razılaşması üzrə cəmi 15860,98 manat borc ipoteka predmeti olan ünvan 1ində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilərək, açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməlii, fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(103)-679/2021 saylı qətnaməsi ilə 08R000018273 saylı kredit razılaşması üzrə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 21696,42 (iyirmi bir min altı yüz doxsan altı dollar 42 sent) ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə cəmi 19355,60 (on doqquz min üç yüz əlli beş manat 60 qəpik) manat və 008R********** saylı kredit razılaşması üzrə cəmi 15860,98 (on beş min səkkiz yüz altmış manat 98 qəpik) manat borc ipoteka predmeti olan ünvan 1ində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 42.000 (qırx iki min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın, əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılaraq, hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Məhkəmədə hazırki iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-152/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-152/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver