Məhkəmə qərarları › İş №2(004)-1521/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1521/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1521/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZE seriyalı, 07902983 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1960-cı ildə Xanlar şəhərində doğulmuşdur.

2. Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 08902983 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X1 adına ünvan 1 ünvanda kişi meytinin olması qeyd edilmişdir.

3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Bakı şəhər Baş Səhiyyə Mərkəzi X8 39 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmamış və ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.

4. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 16-5/7-15-139/25 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir.

5. Fotoşəkillərlə müəyyən olunur ki, X1 adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-ci ildə doğulmuş atası X1 xx.xx.2025-ci il tarixdə ölməsi faktını təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizənin əsaslarına görə, atası X4 xx.xx.2025-ci il tarixdə yaşadığı Yasamal rayonu, 2-ci Alatava ev 95J ünvanında vəfat etmişdir. Bununla bağlı Təcili və X3 Stansiyasına məlumat verilmiş, hadisə yerinə cəlb edilmiş 4 saylı təcili tibbi yardım biriqadası xx.xx.2025-ci il, 00:30 radələrində ünvana gəlmiş və həkimə qədərki ölüm faktını təsdiq edərək bununla bağlı xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhədətnamənin alınması üçün 39 nömrəli şəhər poliklinkasına müraciət etsələr də mərhum atasının heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmadığı üçün poliklinikadan həmin arayışın verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki vətəndaşın ölümü barədə qeydiyyat tibbi şəhədatnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müarciət edilməlidir.

b) iddiaya qarşı etiraz

8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verib, ərizənin təmin olunmasını xahiş etmişdir.

11. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır, mərhum Yaqub Məmmədov isə atası olmuşdur. Onlar ünvan 3 ünvanında biryerdə yaşamışlar. xx.xx.2025-ci il tarixdə, təxminən 00:30 radələrində qardaşı atasının yatdığı yerdə yorğanı üzünə çəkdiyini görərək onları çağırmış, onlar atasının yanına getdikdə onun artıq vəfat etdiyini görmüşlər. Mərhumu səhəri gün günorta saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində qəbirstanlıqda dəfn etmişlər.

12. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğludur, mərhum Yaqub Məmmədov isə həyat yoldaşı olmuşdur. Onlar ünvan 3 ünvanında biryerdə yaşamışlar. xx.xx.2025-ci il tarixdə, təxminən 00:30 radələrində oğlu atasının yatdığı yerdə yorğanı üzünə çəkdiyini görərək onları çağırmış, onlar mərhumun yanına getdikdə onun artıq vəfat etdiyini görmüşlər. Mərhum Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində qəbirstanlıqda dəfn edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Xanlar şəhərində doğulmuş X4 xx.xx.2025-ci ildə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 95J ünvanında ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

21. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 95J ünvanında ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 02 may 1960-cı il təvəllüdlü X1 10 yanvar 2025-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 95J ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar