Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1527/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 07.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 27.12.1955-ci il təvəllüdlü X2 24.01.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, 27.12.1955-ci il təvəllüdlü X3 onun atasıdır. Atası Covid-19 xəstəliyinə tutulmuşdur. Həmin xəstəlikdən 24.01.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Həmin gün təcili yardım çağırsalar da Təcili və X4 Stansiyasının 5 saylı bölməsindən həkim və tibb bacısı gələndə artıq atası rəhmətə getmişdir. Bu barədə onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Artıq atası rəhmətə getdiyindən ölümün səbəbi göstərilmədi. 24.01.2022-ci il tarixdə atası A.Abdullayevi qohumlarının da iştirakı ilə Şabran rayonu Ağalıq kənd qəbirstanlığında dəfn etmişlər. Bu hal Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02.02.2022-ci il tarixli arayışı ilə təsdiq olunur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almaq üçün 31.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələri İdarəetmə Birliyi Publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 nömrəli şəhər poliklinikasına müraciət etsə də, atasının müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün forma №106-nın verilməsinin mümkün olmaması əsası ilə 40 saylı cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. 01.02.2022-ci il tarixdə mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair məktub verilmişdir. Atasının qəbrinin fotoşəkillərini də ərizəsinə əlavə etmişdir. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin mərhum atasının ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailəsi üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir. Buna görə də mərhum atası X2 ölüm faktı müəyyən edilməlidir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinin 01.02.2022-ci il tarixli 05/76-339/15 nömrəli məktubundan müəyyən olunur ki, X2 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilmiş 24.01.2022-ci il tarixli, 0749 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 7, 7 saylı evə X2 adına çağırış daxil olmuş, 66 yaşlı X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti, Ağalıq İnzibati Ərazi İdarəsi tərəfindən verilmiş 02.02.2022-ci il tarixli, 41 saylı arayışa əsasən müəyyən olunur ki, X3 24.01.2022-ci il tarixdə Şabran rayonu Ağalıq kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 5 saylı şəhər poliklinikasının 31.01.2022-ci il tarixli, 40 nömrəli məktubunda qeyd olunur ki, 27.12.1955-ci il təvəllüdlü X3 24.01.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum şəxs əvvəllər Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölüm səbəbi aydın deyildir. Bu səbəbdən X3 üçün ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Mərhumun yaşadığı evdə rəhmətə getmişdir. Hadisə baş verən zaman o da xəbər tutaraq qonşuya getmiş və həqiqətən də X2 vəfat etməsinin şahidi olmuşdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 27.12.1955-ci il təvəllüdlü X2 24.01.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.12.1955-ci il təvəllüdlü X2 24.01.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1527/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1527/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver