Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1544/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs MMC cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs MMC cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü tarixli MŞB/13/2024-01727 saylı barışıq sazişinin məcburi qaydada icra olunması üçün təsdiq edilməsi və çəkilmiş xərclərin əvəzi olaraq 160 manat məbləğində pulun Maraqlı şəxs MMC-dən tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs MMC arasında xx.xx.2024-cü il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında MŞB/13/2024-01727 saylı Barışıq Sazişi imzalanmış və həmin Barışıq Sazişinə əsasən tərəflər arasında aşağıdakılar razılaşdırılmışdır: Maraqlı şəxsndə Brend meneceri asistenti vəzifəsində çalışmış Ərizəçi (FİN: xxxxxxx) adına verilmiş xx.xx.2024-cü il tarixli X4 verilməsi barədə Bildirişini Əmək və Məşğulluq altsisteminə daxil edərkən anlaşmazlıq səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X4 verilmişdir. Maraqlı şəxs barışıq Sazişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna 3 (üç) iş günü müddətində təqdim edir. Maraqlı şəxs Məşğulluq alt sistemində Ərizəçi aid əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qeyd olunmuş xx.xx.2024-cü il tarixli X4 verilməsi haqqında bildirişi sistemdə ləğv edir. Maraqlı şəxs Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndində əsasən xitam verir. Maraqlı şəxs X2 əmək kitabçasında Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qeyd olunmuş qeydi ləğv edir və Azərbaycan Respublikasının əmək məcəlləsinin 68-cı maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə qeydi edərək dəyişikliklər edir. Barışıq Sazişinin imzalanmasından uzun müddət keçməsinə, eyni zamanda razılaşdırılmış müddətin ötməsinə baxmayaraq Maraqlı şəxs barışıq Sazişinin şərtlərini könüllü qaydada icra etməməkdə, məşğulluq alt sistemində heç bir müvafiq qeyd aparmamaqda, əmək kitabçasını isə təqdim etməməkdədir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq qəsdən bunu etməklə işçi kimi onun hüquqlarını pozmaqda, buna uyğun olaraq onun başqa şəxslərlə əmək müqaviləsi münasibətlərinə daxil olmağına maneə yaratmaqdadır. X3 məcburi qaydada icra edilməsi üçün zəruridir ki, qeyd edilən barışıq Sazişi məhkəmə qaydasında təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, bununla bağlı Əmək Müfəttişliyinə sorğuları və bütün tələb olunan sənədləri göndəriblər, lakin hal-hazırda şirkətdə kadr dəyişikliyi olduğundan bir az icraat gecikib, lakin bütün tədbirləri görüblər, bir neçə günə Əmək Müfəttişliyi dəyişiklik edəcək. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 13 saylı X1 Nihad Cavanşir oğlu ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 29 noyabr 2024-cü il tarixli MŞB/13/2024-01727 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs Məhdud Məsiliyyətli Cəmiyyətində Brend meneceri asistent vəzifəsində çalışmış Ərizəçi (FİN KOD:7ECBOC8) adına verilmiş xx.xx.2024-cü il tarixli X4 verilməsi barədə Bildirişini Əmək və Məşğulluq altsisteminə daxil edərkən anlaşılmazlıq səbəbindən Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X4 vermişdir. 2-ci tərəf ”VMF COMPANY” Məhdud Məsiliyyətli Cəmiyyəti barışıq sazişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna 3 (üç) iş günü müddətində təqdim edir, Məşğulluq altsistemində Ərizəçi aid əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qeyd olunmuş xx.xx.2024-cü il tarixli X4 verilməsi haqqında bildirişi sistemdə ləğv edir, Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verir, Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qeyd olunmuş qeydi ləğv edir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə qeydi qeyd edərək dəyişikliklər edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Ərizəçi tərəfindən Bakı 13 saylı Mediasiya Təşkilatına 19 noyabr 2024-cü il tarixdə 60 manat, 29 noyabr 2024-cü il tarixdə isə 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 29 noyabr 2024-cü il tarixli MŞB/13/2024-01727 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 29 noyabr 2024-cü il tarixli MŞB/13/2024-01727 saylı barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs MMC-dən tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1544/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1544/2025
27.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver