Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1553/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edərək atası X2 xx xxxxxx 2002-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi öz ərizəsinə “iddia tələbinin dəqiqləşdirilməsinə” dair ərizə təqdim edərək məhkəmədən atası C.M.Zeynalovun xx.xx.2002-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi, atasının xx.xx.2002-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktının təsdiq edilməsi və adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X4 onun qayınatası olub. 2002-ci ildə Bərdə rayonunda qəflətən rəhmətə gedib. Bərdə şəhəri, İmamzadə qəbirstanlığında dəfn olunub. Mərhumun dəfnində şəxsən iştirak edib və onun ölüm faktını təsdiq edir. Şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X4 onun qayınatası olub. 2002-ci ildə 23 yanvar tarixində təxminən saat 3-4 arası qəflətən halı pisləşən X12 rayonunda rəhmətə gedib. Həmin vaxtda o, mərhumun yanında olmuşdur. Mərhum Bərdə şəhəri, İmamzadə qəbirstanlığında dəfn olunarkən o da şəxsən iştirak etmişdir. İş materiallarında olan AZ-İİİ 676560 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası mərhum X4 olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-cu il tarixli 05/76-103/15 nömrəli məktubundan görünür ki, Ərizəçi şöbəyə müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamış və bundan imtina olunmuşdur. İş materiallarında olan Bərfə rayonu, “İmamzadə Məscidi” dini icmasının xx.xx.2020-ci il tarixli, 27 saylı arayışından müəyyən olunur ki, X4 xx xxxxxx 2002-ci il tarixdə vəfat etmiş və Bərdə şəhər İmamzadə qəbirstanlığının Şərq hissəsində dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris birliyini xx.xx.2021-ci il tarixli, 13 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizə ilə müraciət etmiş, atası C.M.Zeynalovun xx.xx.2002-ci il tarixdə vəfat etməsinə dair şöbənin arxiv kitablarında heç bir qeydiyyat aşkar olunmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon X3 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli, 5/534 nömrəli məktubundan görünür ki, Ərizəçi Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, X2 xəstəliyi ilə bağlı heç bir müraciət qeydə alınmadığından və Bərdə şəhərində qeydiyyatda olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə ölüm haqqında akt qeydiyyatı kitablarında xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək yoxlama aparılmış və mərhumun ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunan 4 (dörd) ədəd fotoşəkildən müəyyən olunur ki, 1934cü ildə anadan olan və 2002-ci ildə vəfat edən X4 qəbirstanlıqda dəfn olunmuş və adına qəbir daşı qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi atası 1934-cü il təvəllüdlü X2 xx xxxxxx 2002-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. İddianın “ölüm haqqında şəhadətnamə verilməsi” hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə verilməsi müvafiq icra orqanının səlahiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 xx xxxxxx 2002-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1553/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1553/2021
06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver