Məhkəmə qərarları › İş №2(004)-1572/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1572/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1572/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.06.2000-ci ildə Bakı şəhərində anadan olmuş X5 28.01.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum X5 onun oğludur. X5 28.01.2022-ci il tarixdə Bakı şəhərində vəfat vəfat etmişdir. Faktla əlaqədar olaraq Bakı şəhəri Təcili və X1 Stansiyasının 8 saylı bölməsi tərəfindən müvafiq ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum oğlum X5 vəfat etdikdən sonra, 29 yanvar 2022-ci il tarixdə qohumların iştirakı ilə Abşeron rayon Mehdiabad kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum barəsində ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq orqana müraciət etmiş, ölüm faktını təsdiq edən tibb müəssəsinin müvafiq sənədi olmadığından 08.02.2022-ci il tarixdə, 05/76-383/15 saylı imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi yaxın tanışıdır. Ərizəçinin oğlu Nişangah İlkin 28.01.2022-ci il tarixdə vəfat etmiş, onu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin oğlu Nişangah İlkin 28.01.2022-ci il tarixdə vəfat etmiş, onu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərn ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib ərizəçiyə ünvanlanmış 08.02.2022-ci il tarixdə, 05/76-383/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin oğlu X4 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21.06.2000-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X1 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X5 28.01.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin 28 fevral 2022-ci il tarixli 15 nömrəli arayışına əsasən X5 28.01.2022-ci il tarixdə vəfat etmiş, onu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 21.06.2000-ci ildə Bakı şəhərində anadan olmuş X5 28.01.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.06.2000-ci ildə Bakı şəhərində anadan olmuş X5 28.01.2022-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar