Məhkəmə qərarları › İş №2(004)-1574/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1574/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1574/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı2 Yasin qızı, Cavabdeh3, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdən çıxarılmaları, mənzilin boşaldılması, İddiaçı2 Yasin qızı və İddiaçı1 həmin evə köçürülmələri, mənzildə yaşamağa və istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Yasin qızı izahat verərək bildirir ki, o, 2001 ci ildən faktiki nikah münasibətlərində olduğu X13 ilə birlikdə, onun maddi vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15 Q nömrəli evi tikərək, orada onunla yaşamışdır. xx.xx.2002-ci il tarixdə İddiaçı1 və 28.07.2005-ci ildə X12 adında uşaqları doğulmuşdur. O, Laçın rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkün kimi qeyd edilən ünvanda qeydiyyatdadır. 2019-cu ildə Akif Zərbəliyev onu evə buraxmadığı üçün “evə köçürülmə tələbi” ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı1 və X5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evdən istifadə hüququ tanınmışdır. Bundan başqa, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları İddiaçı1 və X12 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 15Q nömrəli evə köçürülməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, 20.05.2019cu il tarixli qətnaməsinin icrası ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının tərtib etdiyi 03.12.2019-cu il tarixli aktla o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15 Q nömrəli evə köçürülmüşdür. Uşaqların atası Akif Zərbəliyev rəhmətə getdikdən sonra onun əvvəlki arvadı Yeganə Zərbəliyeva ondan ev tələb etməyə başlamış, halbuki məhkəmə qətnamələrinə əsasən ondan və uşaqlarından başqa heç kimin həmin evə hüququ yoxdur. Yeganə onun azyaşlı uşağı Bəhruzu oğurlayıb psixi və mənəvi təzyiqlərlə öz yanında saxlayır və onunla uşağını üz-üzə qoymaqla ədavət aparmağa başlamışdır. 27.05.2020-ci il tarixdə Yeganənin qohumu Cavabdeh1 adlı şəxs yanında 29-cu Polis Bölməsinin əməkdaşları və mülki şəxslərlə yaşadığı evə gələrək ona bildirmişlər ki, guya Yeganə bu evi Mehriban xanıma satmışdır və o, evdən çıxmalıdır. O, evdən çıxmayacağını bildirdikdə, çox mübahisədən sonra polis əməkdaşları bildirmişdir ki, onda Mehriban xanım da bu evdə yaşayacaq. O, Mehriban xanımın bu evə hansı hüququnun, sənədinin olmasını soruşsa da, ona heç bir sənəd göstərilməmişdir. Nə qədər narazılıq etsə də polislər fakitiki olaraq onu Mehriban xanımla birlikdə qoyub heç bir sənəd göstərmədən çıxıb getmişdir. 28.05.2020-ci il tarixdə axşam saatlarında isə Mehriban xanım evdə əsassız səs-küy salıb polislərə zəng etmiş və əvvəlcədən hazırlanmış plan kimi polislər tez evə daxil olmuşlar. O, polislərdən ictimai asayişin qorunmasını təmin etməyi, Mehribanı xanımı, yanında olan qadınları onun evindən uzaqlaşdırmağı xahiş etmiş, lakin tam əksi baş vermişdir. Evə gələn polislər birmənalı şəkildə ondan evdən çıxmağı tələb etmişdir. O, məhkəmə qərarlarını, icra məmurunun aktını onlara göstərib onun bu evə qanuni istifadə hüququ olduğunu və məhkəmə qərarı ilə bu evə köçürüldüyünü, evdə dava-dalaşa səbəb olan Mehriban xanımın isə heç bir sənədinın olmadığını və onun çıxarılmalı olduğunu bildirmişdir. Özünü əməliyyat müvəkkili kimi təqdim edən Elxan adlı polis əməkdaşı bildirmişdir ki, Mehriban xanımın sənədi bölmədədir, gedib bölmədə baxa bilər. O, evdən çıxmayacağını dedikdə, Elxan adlı polis əməkdaşı qışqıraraq, əl-qol atmaqla polisə yaraşmayan hərəkətlər etməklə, onun qolundan tutataraq, zorla onu sürüyərək, öz qanuni evindən çıxarmışdır. Beləliklə, o faktiki olaraq öz yaşadığı mənzilindən məhrum olunmuş və küçəyə atılmışdır. Təəssüflər olsun ki, bunu məhz 29-cu X19 adlı əməkdaşı Cavabdeh1 ilə birlikdə etmişdir. Onlar qanunsuz olaraq onun yaşadığı evə daxil olub zor tətbiq edərək onu yaşadığı evdən məhrum etmişlər. Hazırda isə həmin evdə heç bir hüquqi əsas olmadan Cavabdeh2, özünü onun oğlu kimi təqdim edən Cavabdeh3 Nati oğlu və həmin evə heç bir aidiyyəti olmayan özünü xalq artisti Zeynəb Xanlarovanın qohumu kimi təqdim edən Cavabdeh1 yaşayır və onlar onun və uşaqlarının orada yaşamasına icazə vermirlər və mane olurlar. Bu səbəbdən o təkrar Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 29.09.2021-ci il tarixli qəraradadı ilə Yasamal rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Həmin qərardad əsasında Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, 20.05.2019- cu il tarixli qətnaməsinin icrası 28.01.2022-ci il tarixə təyin edilsə də, hazırki iddiada cavabdeh qismində qeyd etdiyi şəxslərin həmin mənzildə yaşamaları əsas gətirilməklə, o cümlədən icrası nəzərdə tutulan icra sənədi üzrə borclu Akif Zərbəliyevin ölməsi səbəbindən onun həmin ünvana köçürülməyinin mümkün olmaması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq bidirir ki, Qobu qəsəbəsindəki evi dövlət ona müqavilə əsasında vermişdir, yəni orada müvəqqəti qalır. Suala cavab olaraq bildirir ki, hazırda digər oğlu Murad ilə Qobu qəsəbəsindəki həmin evdə qalır. Sistemdə adında görünən Nəsimi rayonunda yerləşən ev isə onun qardaşınındır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, mübahisə predmeti olan mənzili ilkin alğı-satqı müqaviləsinə əsasən X2 almışdır. Daha sonra kiayə müqaviləsi bağlayaraq Cavabdeh2 və X1 vermişdir. Evi alarkən yüklü olduğundan məlumatı olmamışdır. Daha sonra evə Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən iş üzrə iddiaçıların mənzilə köçürülmə barədə hüquqlarının olmasını bilmişdir. Elgüngil çox kasıb ailədirlər. Ailədə xəstə bir qız var idi və o rəhmətə getmişdir. O da evi qalmaq üçün onlara vermişdir. Həmin ev ümumiyyətlə yaşanacaq ev deyil. İddiaçı2 Prezident tərəfindən ev verilmişdir. Mübahisə predmeti olan evi isə o, pul verərək almışdır. Onun evi alarkən ödədiyi 30-35 min manat pulu iddiaçı ona ödəsə evdən çıxar. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirir ki, onun bacısı xəstə olduğu üçün hamı onlara kömək edirdi. Sonra isə bacısı rəhmətə getmişdir. 2020-ci ildə Cavabdeh1 bacısına görə onlara köməklik etmiş və onlar mübahisə predmeti olan evə yerləşərək orada qalmışlar. Sadəcə Mehriban xanım evi onlara vermişdir ki, orada qalsınlar. Keçən dəfə icraçılar oraya gələrək evdən çıxmalı olduqlarını bildirmiş, onlar da razılaşmışdır ki, Mehriban xanım necə deyirsə elə də olsun. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirir ki, onun yoldaşı Zərbəliyev Akif 10-15 il müddətində işləmədiyindən xeyli aliment borcu yaranmışdır. Həmin aliment borcunu ödəmək üçün yoldaşı Cavabdeh1 müraciət etmiş və bir neçə il borc yığılmışdır. Yoldaşı vəfat etdikdən sonra Cavabdeh1 ona bildirmişdir ki, yoldaşının ona 35 min manat məbləğində borcu vardır. O da həmin borcu bağlamaq üçün mübahisə predmeti olan həmin evi Mehiban xanıma satmışdır. İndi Tərlan xanım borcu qaytarmalıdır. Hazırda Tərlan xanımın kiçik oğlu Bəhruz ona ana deyir. İddiaçı Tərlan xanım səhvi özündə axtarmalıdır ki, niyə öz övladı ondan imtina etmişdir? Suala cavab olaraq bildirir ki, o, mübahisə predmeti olan mənzildə yaşamamışdır. O, Alatavadakı evdə yaşamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, 20.05.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Yasin qızının yetkinlik yaşına çatnamayan uşaqları İddiaçı1 və X12 ilə birlikdə ünvan 2 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş 03.12.2019-cu il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, 20.05.2019-cu il tarixli icra sənədi üzrə Mehdiyeva X14 rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülmüşdür. İş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş 28.01.2022-ci il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, 20.05.2019-cu il tarixli icra sənədi üzrə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə gəldikdə müəyyən olunmuşdur ki, borclu X13 ölmüşdür. Evdə isə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qzı yaşayırlar və bu səbəbdən İddiaçı2 Yasin qızının bu ünvana köçürülməsi mümkün olmamışdır. Akt iddiaçı, o cümlədən, hazırki iş üzrə cavabdehlər tərəfindən də imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-193/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 və X5 ünvan 2 saylı evə istifadə hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, 05.09.2018-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-2798/2018 saylı, 27.04.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X9 cavabdeh İddiaçı2 Yasin qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-605/2019 saylı, 04.02.2019-cu il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X4 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 19.05.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin surətinə əsasən X4 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini 30000 manata Cavabdeh1 satılmışdır. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən satıcı 24 ay müddətində əsas müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlərin hazırlanmasını təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kirayə verən qismində Cavabdeh1 ilə kirayəçi qismində Cavabdeh2 arasında bağlanmış 30.05.2020-ci il tarixli, 01 nömrəli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin surətinə əsasən Cavabdeh1 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini aylıq 140 manat kirayə haqqı müqabilində Cavabdeh2 kirayəyə vermişdir. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03.03.2022-ci il tarixli arayışa əsasən İddiaçı1, X6 və X7 ünvan 2 saylı evdə qeydiyyatdadır. İşin müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı ev dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Həmin ev İddiaçı2 və onun qeyri-rəsmi nikah mübasibətlərində birlikdə yaşadığı X13 tərəfindən tikilmiş və onlar ailə kimi həmin evdə yaşamışlar. 2018-ci ildə onların münasibətləri pozulduğundan Zərbəliyev Akif evin kilidini dəyişmiş və İddiaçı2 oradan çıxarılmışdır. Yasamal rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yenidən həmin evə köçürülmüşdür. X22 vəfat etdikdən sonra 19.05.2020-ci il tarixdə mübahisə predmeti olan evə dair X9 rəsmi nikahda olan arvadı X8 ilə Cavabdeh1 arasında ilkin alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1 isə Cavabdeh2 ilə kirayə müqaviləsi bağlamış və o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Hazırda iddiaçılar cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılmaları, mənzilin boşaldılması, onların həmin evə köçürülmələri və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçıların mübahisə predmeti olan evə köçürülmələri hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X13 ilə İddiaçı2 Yasin qızı 2000-ci ildə tanış olmaqla nikah qeyd etdirmədən ailə kimi birgə yaşamışlar. Onların xx.xx.2002-ci il tarixdə İddiaçı1 və 28.07.2005-ci il tarixdə X12 adlı iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi əsasında uşaqların saxlanılmaları üçün iddiaçıdan alimentin tutulması qət edilmişdir. Birgə yaşadıqları dövrdə, yəni 2005-ci ildə onlar mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evi tikmişlər. X13 həmin özbaşına tikilidə qeydiyatda olmaqla, İddiaçı2 Yasin qızı iki uşağı ilə birlikdə məcburi köçkün kimi orada yaşamış, birgə təsərrüfat idarə etmişlər. 2018-ci ilin iyun ayının əvvəllərində X9 evin kilidini dəyişməsi nəticəsində İddiaçı2 Yasin qızı orada yaşamır. Həmçinin ev özbaşına tikili olsa da İddiaçı2 Yasin qızı həmin evdə 2005-ci ildən X13 ilə birlikdə onun ailə üzvü kimi yaşamışdır. Apelyasiya instansiya məhkəməsi qətnaməsini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərabycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, 20.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Zərbəliyev Akif və İddiaçı2 Yasin qızının Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən İddiaçı2 Yasin qızının Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə gözlənilən mülkiyyət hüququ vardır. Digər İddiaçı1 da həmin evə istifadə hüququ vardır. Lakin iddiaçıların həmin evə köçürülməsi mümkün deyil. Bu hal iş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş 28.01.2022-ci il tarixli akta təsdiq olunur. Akt iddiaçı, o cümlədən, hazırki iş üzrə cavabdehlər tərəfindən də imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin evin Cavabdeh1 Aslan qızına satılmasına dair ilkin alğı-satqı müqaviləsi vardır. Müqaviləyə əsasən tərəflər 19.05.2022-ci ilədək əsas müqavilənin bağlanması öhdəliyi götürmüşlər. Mülki qanunvericiliyin tələbinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bundan əlavə, 19.05.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin evdə kirayə müqaviləsinə əsasən kirayəçi kimi yaşayırlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 Yasin qızı və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar