Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1577/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus 1900 manat məbləğində pul vəsaitinin və burulmuş mənəvi-maddi zərərə görə 500 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus 1900 manat pul vəsaiti və maddi zərərin qaşılığı 500 manat pul vəsaiti olmaqla, ümumilikdə 2400 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı prodüser kimi çəklişini öz üzərimə götürdüyü layihənin ərsəyə gəlməsi üçün uzun müddətdir işsiz qalan tanışı Cavabdeh öz köməkçisi olaraq layihəyə daxil etmiş va həmin layihədən ona əziyyətinin qarşılığı olaraq 1000 (bir min) manat verəcəyini söyləmiş və bu şəkildə razılaşmşlar. "Çoban yıldızı film akademisi Defne film yapım şirkəti" tərəfindən həyata keçirilən bu layihəni adıçəkilən film şirkətinin məsul şəxsləri-direktor Hasan Arslan və koordinator Yalçın Çoban ilə 3500 (üç min beş yüz) manat razılaşmışlar və bu layihə üçün ona qabaqcadan 1000 (bir min) manat avans ödənilmişdir. Həmin məbləğdən o da 300 (üç yüz) manatını Səadət xanıma maaşının hissəsi kimi avans olaraq ödəmişdır. Qeyd edir ki, iddiaçı köməkçisi-Cavabdeh şirkət tərəfindən maaş verilməsi məsələsində razılaşa bilmədiyi üçün öz maaşından Səadət xanıma maaş olaraq verirmiş. Yəni iddiaçıya ümumi olaraq verilən 3500 manatın 1000 manatını Səadət xanıma verəcəyini söz vermişdir. Layihə 2024-cü il 08-18 oktyabr aralığında davam etmiş və yekunlaşandan sonra şirkət tərəfindən ona ödənilmiş qalıq məbləğ 2500 (iki min beş yüz) manat və özünün 100 (bir yüz) manatı ilə birlikdə 2600 (iki min altı yüz) manat məbləği guya ona ödəyəcəyi məbləği 2000 (iki min) manatdan razılaşdıqlarını bəhanə gərirərək, qışqır-bağır salan Səadət xanıma vermiş və 700 manatı götürdükdən sonra qalan məbləği ona qaytarmağını xahiş etmişdir. Lakin, Səadət xanım o məbləğdən əvvəlcədən ödədiyi 300 manatı da nəzərə almadan yalnız 600 manatını iddiaçıya qaytaracağını demişdir və anlaşmalarının guya 2000 manat olduğunu bir daha bildirmişdir. Lakin aralarında belə bir anlaşma olmamışdır, iddiaçı yalnız və yalnız ona 1000 manat ödəyəcəyini söz vermişdir. Bir daha qeyd edir ki, Səadət xanım həmin ərəfələrdə iddiaçıya işsiz olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını demiş və iddiaçı da onu layihəyə öz köməkçisi kimi əlavə edərək ona xidmət haqqı olaraq 1000 manat verə biləcəyini bildirmişdir. Şirkət cavabdehə görə heç bir ödəniş etməmiş, iddiaçıya ümumilikdə 3500 manat ödəniş etmişdir. iddiaçı layihə prodüseri olaraq Saadat xanıma köməkçisi kimi necə 2000 manat verərək özünə isə yalnız 1500 manat götürə bilər? Harda görülmüşdür ki, köməkçisi prodüserdan lavihənin tamamının çəkilişi üçün demək olar ki, bütün təşkilatçılığı həyata keçirmiş (məkanların axtarışından tutmuş, dekor-dizayn məsələlərinə kimi) şəxsdan çox məbləğ, prodüserin adi bir köməkçisindən daha az məbləğ alması hansı məntiqə sığır? Bütün bunlara əsasən görmək olar ki, iddiaçı Səadət xanıma 2000 manat deyil, 1000 manat bir söz verə bilər və belə də etmişdir. Cavabdeh "WhatsApp" mesajlarında iddiaçıya hədə-qorxu gələrək, şantaj xarakterli cümlələrdən istifadə etmiş, ona verdiyi 2600 manat puldan yalnız 600 manat qaytaracağını bildirmiş və iddiaçıya bu məbləği alıb, kobud, təhqiramiz formada "sesini de kes otur yerinde" şəklində bir neçə mesaj yazmışdır. X2 iddiaçıya hədə-qorxu gəlmiş, şantaj tipli cümlələrdən istifadə edərək, evina gələcəyini bildirmişdir. Bütün bunlar isə ona əsəb yaşatmaqla, mənəvi zərər vurmuş və şirkətlə münasibətlərinin soyuqlaşmasına gətirib çıxarmışdır. Həmçinin bildirmək istəyir ki, iddiaçının halhazırda kredit borcu var və Cavabdeh pulunu alıb krediti ödəyə bilmədiyi üçün günbəgün faiz məbləği artmaqdadır. Düşünür ki, bu da iddiaçıya Cavabdeh tərəfindən vurulmuş maddi ziyan kimi qəbul edilməlidir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birlikdə iş birlikləri olmuşdur. Belə ki, iddiaçı Azərbaycan film cameəsində prodüsser olaraq tanınır və həmişə rəsmi münasibətləri olmuşdur. 2024-cü ilin iyul ayında iddiaçı ona təklif etmişdir ki, Türkiyədən film çəkilişləri barədə təklif almışdır və film Azərbaycan Respublikasında çəkiləcəkdir. Eyni zamanda ona mafiya başçısının arvadı rolu təklif olunur. Bununla əlaqədar olaraq hətta ssenari də ona iddiaçı tərəfindən təqdim edilmişdir və o, senarini oxuyub bəyənmişdir. Lakin iddiaçı sonradan ona bildirmişdir ki, filmin senarisi dəyişdirillmiş və həmin rol çıxarılmışdır. Amma buna baxmayaraq iddiaçı ona prodüsser köməkçiliyi təklif etmişdir. O, aktrisa olduğu üçün ilk öncə qəbul etmək istəməmişdir. Lakin sonradan boşluq olmasın deyə qəbul etmişdir. Nəticədə 10 günlük film çəkilişlərinin aparıldığı müddət, o cümlədən film çəkilişləri başlayana qədər müxtəlif məkan və əlaqədar şəxslərin danışıqları üçün fəaliyyətə başlamışdır. Aralarında dəfələrlə tələb etməyinə baxmayaraq heç bir müqavilə imzalanmamışdır. Amma o, işini çox dəqiqliklə yerinə yetirmişdir. Müxtəlif məkanları tapmış və həmin məkanlar, o cümlədən şəxslər film rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Beləliklə xx.xx.2024-cü il tarixdə filmin çəkilişlərinə start verilmişdir. Çəkilişlər başladıqdan 2 gün sonra iddiaçı film rəhbərliyi tərəfindən qovulmuşdur. O, qovulduğunu ona bildirmişdir və istəyirsə onun davam etməyində heç bir problem olmadığını demişdir. O, heç bir etiraz etməmiş və davam emişdir. Amma 2 gün sonra iddiaçı yenidən film setinə geri qayıtmışdır və heç bir şey olmamış kimi davam etmişdir. xx.xx.2024-cü il tarixdə filmin çəkilişi bitmiş və bütün heyətə ziyafət verildir. Daha sonra o, Bakı şəhəri Həsən Əliyev küçəsində yerləşən X8 Akademisinə dəvət edilmişdir. Orada iddiaçı rəhbərlik tərəfindən xoş olmayan sözlərlə tənqid edilmişdir və iddiaçıya 2600 manat pul verilmiş və yenidən qovulmuşdur. O,həmin vaxt türk vətəndaşdan soruşmuşdur ki, bəs onun haqqı? Ona bildirilmişdir ki, onun barəsində heç bir söz deyilməyib və o iddiaçı Sadiq bəylə hesablaşmalıdır. O, dərhal otaqdan çıxmış və Sadiqi dayandırmışdır. Ondan haqqını tələb etmişdir. İddiaçı da qarşılığında ona götürdüyü bütün pulu vermiş və demişdir ki, buyur hamısı sənindir. Sonra ona demişdir ki, “2000 manat zəhmət haqqın, 600 manat sənin ad gün hədiyyən” və çıxıb getmişdir. Axşam iddiaçıya mesaj yazaraq demişdir ki, oradan 600 manatın 300 manatını taksi və digər ödənişlər görə saxlayacağını, 300 manatını isə ona ödəməyimi bildirmişdir. Lakin iddiaçı buna razılaşmadıqda o yazmışdır ki, kartını at 600 manatını qaytarsın. İddiaçı isə məsələni başqa cür təsvir etmiş və guya onun iddiaçını şantaj etdiyini demişdir. Bu tamamilə absurddur. Onun iddiaçını şantaj etməyinə dair Daxili İşlər Nazirliyinə şikayəti isə geri qaytarılmışdır və heç bir şantaj cinayəti olmadığı bildirilmişdir. İddia ərizəsinə qəti şəkildə etiraz edir və hesab edir ki, iddia ərizəsi təmin edilməməli, rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, 600 manat pul vəsaitini iddiaçıya ödəməyə hazırdır. O, aktrisa kimi fəaliyyət göstərir və iddiaçı ilə tanışlığı vardır. Çəkiliş öncəsi məknaların yarısına iddiaçı ilə birlikdə getmişdir. Çəkiliş üçün şadlıq sarayının rezerv edilməsi üçün şirkət tərəfindən iddiaçıya verilmiş pul vəsaiti məkan sahibinə verilmədiyindən iddiaçı işdən qovulmuş, lakin iddiaçı ona işləməyə davam etməyi və işin tamamında 2000 manat pulu alacağını bildirmişdir. İddiaçı şirkətlə iddiaçıya 3500 manat, ona 2000 manat veriləcəyi barədə razılaşmışdır. O, 600 manatı iddiaçıya qaytarmamış, lakin dəfələrlə qaytarmaq istəmişdir. İddiaçı etiraz edərək, ondan 1900 manat pul tələb etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin18-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 9980 nömrəli ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış məktubundan müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 18 radələrində C.Hacıbəyli küçəsi 104 ünvanında köməkçisi Cavabdeh 1500 manat pul vəsaitini verməyi, lakin Cavabdeh həmin pulu geri qaytarmamağı ilə şikayət ərizəsində göstərilmiş tələbləti mübahisəli və mülki xarakterli olduğuna görə öz həllini ərazi aiddiyyatı üzrə məhkəmə orqanlarında tapmalıdır. İş materiallarında olan whatsapp yazışmalarından müəyyən edilir ki, Cavabdeh 2000 manatın onun fəaliyyəti ilə əlaqədar onun vəsaitidir, 600 manat İddiaçı məxsusdur. Həmin vəsaiti də cavabdeh iddiaçıya verməyə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh birlikdə olan fəaliyyətlətinə görə ümumilikdə 2900 manat pul vermiş, həmin pulun 1000 manatı Cavabdeh fəaliyyətinə görə razılaşdıqları vəsaitdir. Lakin 1900 manatı onun pul vəsaitidir. Həmçinin, iddiaçı düşdüyü maddi zərərə görə də 500 manat olmaqla, cavabdehdən 2400 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı qismən qəbul etdiyini, iddiaçı ona 2600 manat pul vəsaiti verdiyini, həmin vəsaitinin 2000 manatı onun, 600 manatı iddiaçının pul vəsaiti olduğunu etiraf etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni 600 manat məbləğində təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia tələbinin digər hissələri ilə bağlı yəni 1300 manat pul vəsaitinin onun olduğunu, cavabdehə verdiyini, yəni cavabdehlə iddiaçı arasında cavabdehin göstərdiyi fəaliyyətə görə cavabdehə 1000 manat pul vercəyəi ilə bağlı hər hansı müqavilə, əlyazma, şahid ifadəsini və 500 manat dəyərində maddi ziyana düşdüyünə dair sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi qalan hissədə - 1300 manat pul vəsaitinin, 500 manat maddi zərərin cavabdehdən tutulması hissəsində təmin olunmamalıdır. Buradan da müəyyən olunur ki, X1 Sadiq Əlövsət oğlunun 600 manat pul vəsaitini qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1577/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1577/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver