Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1584/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Xaçmaz Rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X9 iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Xaçmaz Rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (maraqlı şəxs Xaçmaz Rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X11 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1945-ci ildə anadan olmuş və atasının atası – X19 və anası X23 olmuşdur. Atasının anası – nənəsi X20 xx.xx.1953-cü ildə vəfat etmişdir. Atası nənəsinin yeganə övladı olmuş və atası səkkiz yaşında olanda nənəsi vəfat etmişdir. Atasının atası – babası – X19 xx.xx.1993-cü ildə Xırdalan şəhərində vəfat etmişdir. X8 1961-ci ildən Bakı şəhərində anadan olmuş və xx.xx.2024-cü ildə vəfat etmişdir Atası ömrünün sonuna kimi Bakı şəhəri, Yasamal rayonunda yaşamışdır. Qeyd edir ki, atası ürək xəstəliyindən əziyyət çəkmiş və daimi dərmanlarla müalicə almışdır. Sonuncu dəfə atası ürəyindən nasazlıq hiss etmiş və ailə üzvləri təcili yardıma zəng edərək həkim müayinəsinə ehtiyacının olmasını bildirmişlər. X37 həkimlərinin atasına tibbi yardımı nəticəsiz olmuş və atası xx.xx.2024-cü ildə yaşadığı evdə Kardiogen şokdan vəfat etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixində AZ-İİ №470505 saylı “ölüm haqqında şəhadətnamə” verilmişdir. Qeyd edir ki, atası vəfat edəndən sonra atasının adına olmuş miras əmlakların vərəsəlik əsasında sənədləşdirilməsi zərurəti vardır. Ona görə də o, 1-ci növbəli vərəsə kimi notariat ofisinə müraciət edərk vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etdikdə onlara bildirilmişdir ki, atasının atasının və anasının ölüm haqqında şəhadətnamə təqdim edilməlidir. Atasının atasının ölümü ilə əlaqədar sənədlər əldə edilməsinə baxmayaraq, lakin atasının anası Ayət Mahmudova barəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Nənəsinin başqa övladı olmadığı üçün onun anası X10 yaxın qohum kimi nənəsinin ölüm haqqında şəhadətnamənin alınası üçün Xaçmaz Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir və xx.xx.2025-ci ildə № 3-16-5/8-xx-xx/2025 saylı cavabda göstərilmişdir ki, “Vəfat etmiş qayınananız X20 barəsində xx.xx.1909-xx.xx.2025ci illər üzrə Azərbaycan Respublikası ümum respublika elektron məlumatının yoxlama aparılmış ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.” Qeyd edir ki, nənəsi 1953-cü ildə vəfat etdiyi üçün onun ölümünün həkim arayışı ilə müəyyən edilməsi mümkün deyildir. Hazırda o, nənəsinin yaşadığı kənd üzrə Xaçmaz Rayon Ağyazı-Buduq Bələdiyyəsinə müraciət etmişdir və Bələdiyyənin xx.xx.2025-ci il tarxli cavab məktubunda bildirilmişdir ki, “X2 həqiqətən Xaçmaz rayon İHB Hacıbəyli kənd İƏD-nin Ağyazı – Buduq kəndi qəbirstanlığında dəfn olunub.” Eyni zamanda o, nənəsinin qəbir daşının şəklini çəkmişdir və həmin şəkildə nənəsinin 1953-cü ildə vəfat edilməsi göstərilmişdir. Həmçinin Ağyazı- Buduq kənd sakinləri X12, X14 və X4 xx.xx.2024-cü ildə AKT tərtib edərək göstərmişlər ki, “mərhumə Ağyazı-buduq kənd sakini olmuş X20 xx.xx.1953-cü il tarixində Ağyazı-buduq kəndində vəfat edib və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur.” Qeyd edir ki, atası X7 adına əmlaklar vardır və hazırda həin əmlakların hüquqi statusunu müəyyən etmək zərurəti vardır. Lakin atasının ölüb faktı müəyyən olunmadan həmin əmlaklar barədə sərəncam verilməsi mümkün deyildir. Ona görə atasının ölümü faktının qeydə alınması barədə hüquqi faktın müəyyən edilməsi üçün məhkəmə qətnaməsi qəbul edilməlidir.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. 05.06.1981-ci il tarixdə verilmiş Vİİİ-ЖГ 325970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1981-ci il tarixdə doğulmuş, X8, anası isə X5r.
8. 23.12.1945-ci il tarixdə verilmiş İ-ИЕ054328 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1945-ci il tarixdə doğulmuş, atası X19, anası isə X16r.
9. Xaçmaz Rayon İHB-nin Ağyazı-buduq kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, X3 rayon İHB-nin Hacıəlibəy kənd İƏD-nin Ağyazı-buduq kənd qəbirstanlığında dəfn olunub.
10. Ağyazı-buduq kənd sakinləri X12, X17 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, Ağyazı-buduq kənd sakini olmuş X20 xx.xx.1953-cü ildə Ağyazı-buduq kəndində vəfat edib və həmin kənd qəbrstanlığında dəfn olunmuşdur.
11. Xaçmaz Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, X20 barəsində xx.xx.1909-xx.xx.2025-ci illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmış ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
12. Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiqlənmiş Xaçmaz rayonu, Ağyazı-buduq kənd sakinləri X12, X17 və X6 tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli akta əsasən müəyyən olunur ki, Xaçmaz rayonu, Ağyazı-buduq kəndində yaşamış X20 xx.xx.1953-cü ildə vəfat etmiş və Xaçmaz rayonu, Ağyazı-buduq kənd qəbirstanlığında dəfn edilmişdir.
13. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X11 xx.xx.1953-cü il tarixində Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində ölməsi faktı müəyyən edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
21. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X11 xx.xx.1953-cü il tarixində Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil