Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1603/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxs- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə mərhum anası (Surxayeva) X10 nikaha daxil olmuşlar və onların nikahlarından 9 övladı dünyaya gəlmişdir. Övladlardan biri o xx.xx.1955-ci il təvəllüdlü Ərizəçidur. X2 xx.xx.2023-cü il tarixində yaşlılıq - ümumi xəstəlik səbəbindən vəfat etmişdir. Vəfatından sonra təcili tibbi yardım stansiyasına müraciət edilmiş və BŞT və TTYB-nin 8 saylı Bölməsi tərəfindən Təcili və X11 Stansiyası tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamənin alınması üçün 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “3 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2024-cü il tarixli 10.12.23-cü ildə ölmüş ananız X4 ölümünün qeydə alınması ilə bağlı müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3 -cü bəndlərinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən nüəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş berdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respubllkasmın ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.-ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır". Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar masında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir" Daha sonra tərəfindən 16 nömrəli şəhər poliklinikasına müraciət edildi. Şəhər poliklinikası xx.xx.2024-cü il tarixli, 18-1-1-9/3-1/2024 saylı məktubla cavab olaraq bildirdi ki, məsələ onların səlahiyyəti xaricində olduğundan məhkəməyə müraciət etməlidir. X2 ilə X1 ailə məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mərhum Bakı şəhərində vəfat etmişdir. Həmin vaxt bacısı evdə olmuşdur. Təcili tibbi yardım stansiyasına bacısı müraciət etmişdir. O, oğlu ilə evə çatanda anası artıq vəfat etmişdi. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq iddia tələbinə etirazları olmadığını bildirmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsiNİN Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki: “3 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2024-cü il tarixli 10.12.23-cü ildə ölmüş ananız X4 ölümünün qeydə alınması ilə bağlı müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3 -cü bəndlərinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən nüəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş berdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respubllkasmın ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.-ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır". Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar masında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir". İş materiallarında olan 16 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 16:45 radələrində vəfat edən xx.xx.1937-ci il təvəllüdlü X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinin səbəbləri göstərilənlərdir: xx.xx.2024-cü il tarixində poliknikaya müraciət edib. Ölüm haqqında xəbərdarlıq xx.xx.2023-cü ilindir; poliklinikaya 3 gün ərzində müraciət edilməlidir; qeydiyyat ünvanı xidmət etdikləri əraziyə aid deyil; poliklinikaya heç bir xəstəliklə müraciət etməyib. İş materialalrında olan 305638 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X1, X2dır. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X7 xx.xx.1937-ci ildə doğulduğu, xx.xx.2023-cü ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, 00232335 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. İş materialalrında olan Xırdalan Bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi X2 xx.xx.2023-cü il tarixində Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X11 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Q.Şərq küçəsi, ev 303, mənzil 21 ünvanına təcili tibbi yardım çağırılmış, lakin həkiməqdər ölüm baş vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, 10 dekabr 2023-cü il tarixdə, təxminən saat 16:00-16:30 radələrində bibisi atasına zəng edərək, mərhum nənəsinin vəziyyətinin pisləşdiyini bildirmişdir. Bibisi təcili tibbi yardım xidmətinə müraciət etmişdir. Onlar oraya gedəndə təcili tibbi yardım xidməti gəlmiş, lakin nənəsi artıq vəfat etmişdir. Mərhumun dəfnində, yas mərasimlərində iştirak etmişdir. Mərhum Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin anası olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1603/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1603/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver