Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1624/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/6- 00717 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin şərtlərinin - Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları 31.01,2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər biri üçün 125 (bir yüz iyirmi beş manat) AZN, ümumilikdə 250 (iki yüz əlli) AZN alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 5-dək ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs və Ərizəçi arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilmişdir. Müraciət əsasında MŞB/6-00717 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı müəyyən razılaşma olmuş və bu barədə aramızda Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən, Tərəflər kimi çıxış edən Maraqlı şəxs və Ərizəçi xx.xx.2015-ci il tarixdə, N°113 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları 31.01,2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər biri üçün 125 (bir yüz iyirmi beş manat) AZN, ümumilikdə 250 (iki yüz əlli) AZN alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 5-dək ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. İkinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 18:00-dək sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. İkinci tərəf kimi çıxış edən Ərizəçi öhdəlik götürür ki, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər gün 1 dəfə mobil telefonla videogörüntülü əlaqə yaradaraq ünsiyyətlərinə şərait yaradacaqdır. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən alimenti ödəniş, lakin son 2 aydır ki, uşaqların saxlanılması üçün hər hansı bir vəsait ödəmir. Onu dəfələrlə bu barədə xəbərdar etməyimə məhəl qoymamışdır. Qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Aşağıdakı qeyd etdiyim hüquqi əsaslara görə hesab edirəm ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Tərəflər arasında 6 saylı Mediasiya təşkilatında bağlanmış 17 aprel 2024-cü il tarixli MSB/6/-00717 saylı barışıq sazişinin şərtlərindən görünür ki, Tərəflər kimi çıxış edən Maraqlı şəxs və Ərizəçi xx.xx.2015-ci il tarixdə, N°113 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları 31.01,2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər biri üçün 125 (bir yüz iyirmi beş manat) AZN, ümumilikdə 250 (iki yüz əlli) AZN alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 5-dək ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. İkinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 18:00-dək sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. İkinci tərəf kimi çıxış edən Ərizəçi öhdəlik götürür ki, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər gün 1 dəfə mobil telefonla videogörüntülü əlaqə yaradaraq ünsiyyətlərinə şərait yaradacaqdır. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2612/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Laçın rayon qeydiyyat şöbəsində 28 sentyabr 2015-ci il tarixdə 113 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 17 aprel 2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilməlidir: 2.2-ci maddəsi Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir. 2.3-cü maddəsi Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər biri üçün 125 (bir yüz iyirmi beş manat) AZN, ümumilikdə 250 (iki yüz əlli) AZN alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 5-dək ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 17 aprel 2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: 2.2-ci maddəsi Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir. 2.3-cü maddəsi Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər biri üçün 125 (bir yüz iyirmi beş manat) AZN, ümumilikdə 250 (iki yüz əlli) AZN alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 5-dək ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1624/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1624/2025
04.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver