Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1625/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Xoreoqrafiya Akademiyası cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Xoreoqrafiya Akademiyası cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 18 saylı Mediasiya təşkilatında bağlanılmış MŞB/18-01160 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və məcburi icra üçün yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2019-cu ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasında xor drijor ixtisası üzrə dərs tədris etmişdir. Bu illər ərzində bir çox konskurslar, tədbirlərin iştirakçısı və xor drijoru olmuşdur. 2024-cü ilin sentyabr ayının 2-si tarixində onu kollecə çağıraraq, kollecin rəhbəri Tahirova Xatirə və bir sıra rəhbər vəzifəli şəxslər Tapdıqova Yeganə, Məmmədzadə Nailə onu ixtisara saldıqlarını bildirmişlər. O isə daha sonra Bakı Musiqi Akademiyasının bakalvr və magistr pilləsində xor drijor ixtisas məzunu, 5 il müəllim kimi təcrübəsi olan biri kimi ona başqa fənn üzrə tədris etmək üçün şərait yaratmaqlarını və ya iş şəraiti ağırlaşmadan və əmək haqqı azalmadan bu və ya başqa bir işlə təmin etmələrini xahiş etmişdir. Kollecin hüquqşünası bunun mümkün olmadığını, onun mütləq ixtisara düşəcəyini, iş tapmaq üçün 2 aylıq maaş veriləcəyini demişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onu Akademiyaya dəvət edərək, xx.xx.2024-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verildiyini bildirərək, 01/194-k nömrəli əmr və əmək kitabçası təqdim edilmişdir. Ərizəçi bu halın qanunsuz və əsassız olduğunu bildiyindən, tərəfindən əmrin mübahisələndirilməsi üçün hüquqi prosedur başlanılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Ərizəçi bildirir ki, göründüyü kimi, əmək müqaviləsinin müddətinin bitməsinə ən azı bir həftə qalmış ona bu barədə rəsmi məlumat verilməli idi. Lakin ona bu barədə heç bir məlumat verilməmiş və onun məlumatı yalnız xitam əmrinin verildiyi tarixdən (xx.xx.2024-cü il) bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə olmuşdur. Belə olduğu təqdirdə tərəfindən maraqlı şəxsə mediasiya prosessinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Bakı 18 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiyada maraqlı şəxslə aralarında MŞB/18- 01160 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanaraq, aşağıdakı əsas 6 şərt barədə razılığa gəlinmişdir: 1.Tərəflər kimi çıxış edən Ərizəçi və “Bakı Xoreoqrafiya Akademiyası” aralarında olan əmək münasibətləri zamanı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aralarında mübahisə olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” X2 daxil olacaq razılıq əsasında, Əmək və Məşğulluq altsistemində (ƏMAS) xitam edilmiş əmək müqaviləsinin ləğv edilməsini, birinci tərəf kimi çıxış edən Ərizəçi işə bərpa edilməsini və məcburi iş buraxma günləri üçün hesablanmış orta aylıq əmək haqqını birinci tərəfə tam şəkildə ödəməyi öhdəsinə götürür. 3.Birinci tərəf kimi çıxış edən Ərizəçi, bu Sazişin 2-ci bəndi icra olunduğu tqədirdə, həmin tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işə götürənə - ikinci tərəfə müraciət edəcəyini öhdəsinə götürür. 4.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” bu Sazişin 3-cü bəndi icra olunduğu təqdirdə, köhnə əmək müqaviləsinə xitam verilən tarixdə, birinci tərəf kimi çıxış edən Ərizəçi tam ştat “müəllimə” vəzifəsinə işə götürəcəyini və onunla xx.xx.2025-ci il tarixinə kimi yeni əmək müqaviləsi bağlayacağını öhdəsinə götürür. 5.Bu Sazişin 4-cü bəndi tam icra olunduğu təqdirdə, birinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2025-ci il tarixdən sonra ikinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası”na qarşı iş və ya vəzifə iddiasında olmayacağını öhdəsinə götürür. 6.Bu Saziş tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-bilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar. Lakin ərizəçi qeyd edir ki, maraqlı şəxs Bakı Xoreoqrafiya Akademiyası bugünədək Sazişlə öz üzərinə düşənləri icra etmir. Bu səbəbdən də, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə müraciət edilməsi zərurəti yaranmışdır. Maraqlı şəxs Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaş Ərizəçi ilə Bakı Xoreoqrafiya Akademiyası ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmri ilə Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsində müəllim vəzifəsində işləmiş Ərizəçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Maraqlı şəxs bildirir ki, Ərizəçi Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ünvanladığı 2(004)-1625/2025 saylı, xx.xx.2025-ci il tarixli ərizəsində ona müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə məlumat verilmədiyi və xitam əmrinin bir gün sonra verilməsi barədə məlumatı həqiqəti əks etdirmir. Belə ki, Ərizəçi 2024-cü ilin may ayında Bakı Xoreoqrafiya Akademiyasının İnsan resursları şöbəsinə dəvət edilərək növbəti, 2024/2025-ci tədris ilinin əvvəlində, yəni sentyabr ayında onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatması səbəbindən müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixində Ərizəçi ilə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin direktoru X.Tahirovanın iş otağında akademiyanın İnsan resursları şöbəsinin müdiri S.Məmmədova-Əzimlinin, akademiyanın hüquq məsləhətçisi Nümayəndə1 iştirakı ilə görüş keçirilərək ona müddətli əmək müqaviləsinin başa çatması ilə əlaqədar əmək müqaviləsinin davam etdirilməyəcəyi barədə xəbərdarlıq elan edilmişdir (Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xx.xx.2024-cü il tarixli iclas Protokolu). Ərizəçi ilə bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmr ilə xitam verilməsinə səbəb isə, Ərizəçi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində övladının xəstəliyi səbəbindən işə gəlməməsi olmuşdur ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyasının İnsan resursları şöbəsində xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 2-ci hissəsinə əsasən, “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər”. xx.xx.2024-cü il tarixində Bakı şəhəri 18 saylı Mediasiya təşkilatında X1 mediatorluğu ilə vətəndaş Ərizəçi Bakı Xoreoqrafiya Akademiyasına qarşı Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair təklifi Ərizəçi tək ana və himayəsində iki azyaşlı övladının olması ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadənin humanistliyi nəticəsində Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi və Ərizəçi arasında barışıq sazişi imzalanmışdır. Bakı şəhəri 18 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişi əsasında Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Ərizəçi yenidən işə bərpası və yeni vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq addımlar atılmışdır. Belə ki, Bakı Xoreoqrafiya Akademiyasının İnsan resursları şöbəsinin müdiri S.Məmmədova-Əzimlinin Ərizəçi müəssisəyə işə bərpasının təmin olunması məqsədilə xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmrin etibarsız hesab edilməsi barədə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə ünvanladığı xidməti yazısına əsasən, Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2024-cü il tarixli, 01/246-k nömrəli əmri ilə Ərizəçi barəsində Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmri etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq, Ərizəçi müəssisəyə bərpa edilməsi barədə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadənin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xx.xx.2025-ci il tarixli XM-65/a nömrəli xidməti məruzəsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Mustafa Abbasbəylinin ünvanladığı xx.xx.2025-ci il tarixli 3-24/2-15/xxxx/2025 nömrəli cavab məktubunda Ərizəçi 0.5 ştat vahidi musiqi fənləri üzrə müəllim vəzifəsinə təyin olunması məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin xx.xx.2024-cü il tarixli, 3-24/3-1-f-180/2024 nömrəli “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nomenklaturasına daxil olan vəzifələrin təsdiq edilməsi və bəzi məsələlərin tənzimlənməsi” haqqında əmrinin 5-ci bölməsinə əsasən, nazirliyin strukturuna daxil olan qurumlarda digər bütün vəzifələrlə bağlı qərarlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatı ilə razılaşdırılmaqla qəbul edilir (4.7. Əmək münasibətləri ilə bağlı qərarlar (vəzifəyə təyin, vəzifə dəyişikliyi, müddətli əmək müqaviləsinin uzadılması ... və digər qərarlar). Əlavə olaraq, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəsi X3 müraciət edərək Ərizəçi yenidən müəssisəyə bərpa edilməsinə şərait yaradılması və Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2024-cü il tarixli, 01/194-k nömrəli əmrin elektron hökumət portalında etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 17-5/2-87112/2024 nömrəli məktubunda xitam əmrlərinin etibarsız hesab edilməsi və ya bu məqsədlər üçün səlahiyyətin verilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə1 ərizəni qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, barışıq sazişinin təsdiq edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Ərizəçi etibarnaməli nümayəndəsi Nümayəndə2 ilə «Bakı Xoreoqrafiya Akademiyası» etibarnaməli nümayəndəsi Nümayəndə1 arasında xx.xx.2024-cü il tarixli, MŞB/18-01160 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən “1.Tərəflər kimi çıxış edən Ərizəçi və “Bakı Xoreoqrafiya Akademiyası” aralarında olan əmək münasibətləri zamanı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aralarında mübahisə olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” X2 daxil olacaq razılıq əsasında, Əmək və Məşğulluq altsistemində (ƏMAS) xitam edilmiş əmək müqaviləsinin ləğv edilməsini, birinci tərəf kimi çıxış edən Ərizəçi işə bərpa edilməsini və məcburi iş buraxma günləri üçün hesablanmış orta aylıq əmək haqqını birinci tərəfə tam şəkildə ödəməyi öhdəsinə götürür. 3.Birinci tərəf kimi çıxış edən Ərizəçi, bu Sazişin 2-ci bəndi icra olunduğu tqədirdə, həmin tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işə götürənə - ikinci tərəfə müraciət edəcəyini öhdəsinə götürür. 4.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” bu Sazişin 3-cü bəndi icra olunduğu təqdirdə, köhnə əmək müqaviləsinə xitam verilən tarixdə, birinci tərəf kimi çıxış edən Ərizəçi tam ştat “müəllimə” vəzifəsinə işə götürəcəyini və onunla xx.xx.2025-ci il tarixinə kimi yeni əmək müqaviləsi bağlayacağını öhdəsinə götürür. 5.Bu Sazişin 4-cü bəndi tam icra olunduğu təqdirdə, birinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2025-ci il tarixdən sonra ikinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası”na qarşı iş və ya vəzifə iddiasında olmayacağını öhdəsinə götürür. 6.Bu Saziş tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-bilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar”. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət - 10 gün ərzində könüllü qaydada icra edilmədiyindən və ya barışıq sazişinin könüllü icrasından imtina olunduğundan ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi qanunidir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Bakı Xoreoqrafiya Akademiyası arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/18- 01160 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Bakı Xoreoqrafiya Akademiyası arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/18-01160 nömrəli “1.Tərəflər kimi çıxış edən Ərizəçi və “Bakı Xoreoqrafiya Akademiyası” aralarında olan əmək münasibətləri zamanı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aralarında mübahisə olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” X2 daxil olacaq razılıq əsasında, Əmək və Məşğulluq altsistemində (ƏMAS) xitam edilmiş əmək müqaviləsinin ləğv edilməsini, birinci tərəf kimi çıxış edən Ərizəçi işə bərpa edilməsini və məcburi iş buraxma günləri üçün hesablanmış orta aylıq əmək haqqını birinci tərəfə tam şəkildə ödəməyi öhdəsinə götürür. 3.Birinci tərəf kimi çıxış edən Ərizəçi, bu Sazişin 2-ci bəndi icra olunduğu tqədirdə, həmin tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işə götürənə - ikinci tərəfə müraciət edəcəyini öhdəsinə götürür. 4.İkinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası” bu Sazişin 3-cü bəndi icra olunduğu təqdirdə, köhnə əmək müqaviləsinə xitam verilən tarixdə, birinci tərəf kimi çıxış edən Ərizəçi tam ştat “müəllimə” vəzifəsinə işə götürəcəyini və onunla xx.xx.2025-ci il tarixinə kimi yeni əmək müqaviləsi bağlayacağını öhdəsinə götürür. 5.Bu Sazişin 4-cü bəndi tam icra olunduğu təqdirdə, birinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2025-ci il tarixdən sonra ikinci tərəf kimi çıxış edən “Bakı Xoreoqrafiya Akademiyası”na qarşı iş və ya vəzifə iddiasında olmayacağını öhdəsinə götürür. 6.Bu Saziş tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-bilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar” məzmunlu barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-1625/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1625/2025
31.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver