Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1649/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 cavabdeh X2 qarşı “daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 cavabdeh X2 qarşı “daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X1 mülkiyyətində olan mübahisə predmeti olan ünvan 1 ünvanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınması məqsədilə müvafiq hərəkətlər görülsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində buna maneələr törədilmiş, nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan 437/21 nömrəli Hərracın yekunları barədə yekun protokola əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanı borc əvəzinə tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 tərəfindən müvafiq paylar üzrə əldə edilmişdir. İş materiallarına “X6” MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına dair İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 payçı olmaları təsdiq edilir. İş materiallarına əlavə edilmiş 185 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına dair payçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 borcu yoxdur. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında xidmətin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2883/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 üçüncü şəxs X3 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X1 mülkiyyətində olan mübahisə predmeti olan ünvan 1 ünvanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınması məqsədilə müvafiq hərəkətlər görülsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində buna maneələr törədilmiş, nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanı üzərində iddiaçıların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə dəvət olunmuş mütəxəssisə şəraitin yaradılması vəzifəsi cavabdeh X1 üzərinə qoyulmalı, cavabdeh X3 tərəfindən yaradılmış maneələr qadağan edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X4 və İddiaçı5 cavabdeh X2 qarşı “daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanı üzərində iddiaçıların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə dəvət olunmuş mütəxəssisə şəraitin yaradılması vəzifəsi cavabdeh X1 üzərinə qoyulsun, cavabdeh X3 tərəfindən yaradılmış maneələr qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1649/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1649/2024
23.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver