Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1656/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, maraqlı şəxs - Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi ilə 14.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 19.01.2022-ci il tarixli MŞB/4-00043 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər 12.08.2008-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 10.10.2009-cu il təvəllüdlü X8 və 29.05.2012-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Mediasiya prosesi zamanı tərəflər və üçüncü tərəf X1 razılığa gəlmiş və buna dair 19.01.2022-ci il tarixli MŞB/4- 00043 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər nikahın məhkəmə qaydasında pozulması, uşağın ananın yanında qalması, uşaq yetkinlik yaşına çatanadək saxlanlması üçün alimentin tutulması, günün istənilən vaxtı ataya uşaqla ünsiyyətə maneə yaradılmaması, tərəflərin övladları ilə birlikdə digər valideynin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarmasına şərait yaradılması və üçüncü tərəf X2 mülkiyyətində olan yaşayış sahəsində ananın övladları ilə birlikdə maneəsiz yaşamasına icazə verilməsi və sair hallarla bağlı razılığa gəlmişlər. Hazırda həmin barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, hazırki iş üzrə Ərizəçi ilə, eləcə də barışıq sazişi üzrə üçüncü tərəf olan X4 ilə onun arasında hər hansı mübahisəli məsələ yoxdur. Belə ki, onların mediasiya prosesi gedişatından anlayışları olmadıqları üçün həm nikahın pozulması, həm də barışıq sazişində qeyd edilmiş digər məsələlərin təsdiq edilməsi üçün əri Ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilmişdir. Barışıq sazişinə uyğun olaraq o, yetkinlik yaşına çatmayan övladlarının atası, yəni hazırki iş üzrə ərizəçi olan Ərizəçi ilə istənilən vaxt ünsiyyətdə olmalarına şərait yaradır. Həmçinin barışıq sazişində üçünçü şəxs X3 mülkiyyətində olan yaşayış sahəsində ona və övladlarına maneəsiz yaşamalarına şərait yaradılır. Odur ki, hazırki vaxta qədər tərəflər arasında barışıq sazişi ilə bağlı hər hansı mübahisə yoxdur, heç bir tərəf sazişin könüllü icrasından imtina etmir. Ona görə də, sazişin təsdiqi ilə bağlı verilmiş ərizənin təmin edilib-edilməməsini məsələsinin həlini məhkəmənin mülahizəsinə buraxır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi (bundan sonra birinci tərəf), Maraqlı şəxs (bundan sonra ikinci tərəf) və X5 (bundan sonra üçüncü tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediasiya reyestrində M-000267 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X9 tərəfindən təsdiq edilmiş 19.01.2022-ci il tarixli MŞB/4- 00043 nömrəli barışıq sazişindən görünür ki, onlar aşağıda qeyd edilmiş şərtlərlə razılağa gəlmişlər: “2.1. Tərəflər arasında bağlanmış 12.08.2008-ci il tarixli nikaha xitam verildikdən sonra 10.10.2009-cu il doğumlu X6 və 29.05.2012-ci doğumlu X7 anasının yanında qalmasına razılaşdılar. 2.2. İkinci tərəf razılıq verir ki, birinci tərəf uşaqların (10.10.2009-cu il doğumlu X8 və 29.05.2012-ci il doğumlu X12) gündəlik rejimini, pozmamaq şərtilə və əvvəlcədən razılaşdırılmaqla məhdudiyyət qoyulmadan istənilən gün, lakin saat 20.00-dan gec olmamaq şərtilə övladı ilə ünsiyyət yarada bilər. 2.3 Birinci tərəf Saziş imzalandıqdan sonra və nikaha xitam verildikdən sonra hər ay hər bir uşaq üçün 200 (iki yüz ) AZN, ümumilikdə 400 (dörd yüz) AZN həcmində sabit pul məbləğini aliment olaraq ikinci tərəfə ödəyəcəkdir. 2.4 Tərəflər razılaşır ki, saziş imzalandıqdan sonra və nikaha xitam verildikdən sonra birinci tərəf birgə nikahlarından dünyaya gələn övladları 10.10.2009-cu il doğumlu X6 və 29.05.2012-ci il doğumlu və X7 yetkinlik yaşına çatanadək anası ilə istənilən zaman, 14 (on dörd) gün müddətində ölkə hüdudlarından kənara çıxmasına icazə verir və birinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər sənədləri verməyi öz üzərinə götürür. 2.5. Tərəflər razılaşır ki, saziş imzalandıqdan sonra və nikaha xitam verildikdən sonra ikinci tərəf birgə nikahlarından, dünyaya gələn övladları 10.10.2009-cu il doğumlu X6 və 29.05.2012-ci il doğumlu X7 yetkinlik yaşma çatanadək atası ilə istənilən zaman, 14 (on dörd) gün müddətində məhdudiyyət qoyulmadan ölkə hüdudlarından kənara çıxmasına icazə verir və ikinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər sənədləri verməyi öz üzərinə götürür. 2.6. Üçüncü tərəfə məxsus olan Yasamal rayonu, İ.Qutqaşinlı küçəsi, ev 27-də yerləşən 7 saylı mənzildə Maraqlı şəxs və uşaqları X6 və X7 müddətsiz yaşamasına etiraz etmir. Saziş ilə Tərəflərin üzərinə götürdüyü digər öhdəliklər: 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazıri mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır. Digər şərtlər: 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3.Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1.bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3.mediasiya və ya hazırki Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4.qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5.yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara; 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.2. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7.Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Lakin ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin hər hansı birinin barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair halın mövcudluğu göstərilməmişdir. Bundan başqa, tərəflər arasında eyni məsələ ilə bağlı məhkəmənin icraatında hər hansı bir mülki işin olmasına dair sübut ərizəyə əlavə edilməmişdir. Dolayısı ilə hazırda mediasiya vasitəsilə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəmənin icraatında mülki işin, həmçinin həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut ərizəyə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişin maddələrində qeyd olunmuş nikahın pozulması və alimentin tutulması məsələsi iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2-ci maddəyə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər-Ərizəçi, Maraqlı şəxs və X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış 19.01.2022-ci il tarixli MŞB/4-00043 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Tərəflər - Ərizəçi, Maraqlı şəxs və X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış 19.01.2022-ci il tarixli MŞB/4-00043 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1656/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1656/2022
24.02.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver