Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1678/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, onun anası - 03 iyun 1961-ci il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, anası xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə yaşaqları Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovı küçəsindəki 148A nömrəli evdə səhhəti qəfildən pisləşmişdir. Dərhal “103” təcili tibbi yardım xidmətinə zəng etmişdir. Lakin X2 və X10 gələnə kimi qəflətən vəfat etmişdir. Təcili və X10 Stansiyası tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi olaraq arayış sahə üzrə poliklinikaya təqdim etməli olduğu qeyd olunmuşdur. O, X3nın ölümü ilə bağlı Bakı şəhəri Baş Səhiyyə İdarəsi 19 saylı şəhər poliklinikasına “ölüm haqqında tibbi şəhadətnamənin“ verilməsi ilə bağlı müraciət etmişdir, mərhumun ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə və mərhumun xəstəliklə bağlı əvvəllər 19 nömrəli şəhər poliklinikasına müraciət etməməsi və ambulator kartasının olmamasına görə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsindən imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Mərhum anası X7 Abşeron rayonu Məhəmmədli kənd qəbiristanlığında dəfn etmişlər. X3 onunla birgə Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı 148 A ünvanda yaşamışdır. Anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 19 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə saat 22:16-da vəfat etməsi ilə bağlı tibbi şəhadətnamənin təqdim edilməməsi ilə bağlı rəsmi imtinaya səbəb - onun 19 nömrəli şəhər poliklinikasında ərazi üzrə qeydiyyatda olmaması, xəstəliklə bağlı klinikaya müraciət etməməsi və ambulator kartasının olmaması olmuşdur. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli məktubundan görünür ki, TTYS-nın xx.xx.2024-cü il tarixli 25 nömrəli xəbərdarlıq vərəqəsinə əsasən dünyasını dəyişmiş mərhum X1 rayonu Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. BŞT və TT4S 4 saylı bölməsinin 19 nömrəli Poliklinikaya verdiyi xx.xx.2024-cü il tarixli 25 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 22:16-da Aslanova Zenfiranın adına ünvan 2 ünvana çağırış daxıl olmuşdur. 4 saylı KYS-nın həkimi E.Hüseynova çağırışa əsasən ünvanda olmuş və qadın cinsli meyit aşkar etmişdir. 32 saylı MKİS-in verdiyi xx.xx.2024-cü il tarixli 237 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. Anası xx.xx.1961-ci il təvəllüdlü X8 göstərilən ünvanda xx.xx.2024-cü il tarixədək onunla birgə yaşamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X8 Ərizəçi doğma anasıdır. X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir və Abşeron rayonu Məmmədli kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X6 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1678/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1678/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver