Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1681/2021 27.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti və Bakıxanova Əminə Əliəkbər qızı cəlb olunmaqla Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 11.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının imkanı olmadığı üçün həmin yeri təmir edə bilməmişdir. Jekin fəhlələri həmin yerdə uzun müddət qalmış, keçən ildən etibarən isə cavabdeh qapını çıxarmış, qapının yerini daşla hörərək bağlamışdır. Onlar Daşınmaz Əmlakın Reyster Xidmətinə özəlləşdirmə ilə bağlı müraciət etmişdir. Bundan sonra həmin qurumdan həmin ünvana gəlmiş və qapı bağlı olduğu üçün içəriyə girə bilməmişlər. Bu səbəbdən özəlləşmə üçün müvafiq ölçüləri götürə bilməmişlər. Cavabdeh Mənzil Yaşayış Fonduna aid mənzilin illər sonra özbaşına qapısını bağlamışdır. Bütün sənədlərdə həmin yer mənzil kimi sayılır. Əmlak komitəsində həmin yer qeyri-yaşayış sahəsi sayıla bilməz. Sadəcə onlar vaxtında özəlləşdirmədiyinə görə həmin mənzil daşınmaz əmlakın reysterində qeydiyyatda yoxdur. Çünki həmin yer mənzil yaşayış fondundadır. Mənzil yaşayış fondu isə Yasamal Rayon İcra Hakimiyyətinin balansındadır. Cavabdeh tərəfin çıxarış sahəsində mübahisələndirilən yer göstərilməmişdir. Cavabdeh tərəfin çıxarışında yalnız öz mənzilinin sahəsi özəlləşmişdir. İddia ərizəsində göstərilən sahə isə iddiaçıya aiddir və həmin yeri nə vaxt təmir etdirib-etdirməməsi iddiaçının öz işidir. Hazırda isə həmin yerdə heç bir əşya yoxdur və boşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ekspert rəyindən məlum olur ki, iddia olunan sahə qeyri-yaşayış sahəsi, yarı zirzəmidir, onların evinin altı və onların istifadəsindədir. 1997-ci ildə Prezident fərmanı ilə bütün qeyri-yaşayış sahələri Dövlət Əmlak Komitəsinə verilmişdir. Həmçinin, həmin əmlakların özəlləşdirilməsi, kirayəsi ilə bağlı səlahiyyətlər də onlara verilmişdir. 2005-ci ildəki qətnamədə Prezidentin fərmanı nəzərə alınmamışdır. İddiaçı həmin yerdə yaşamamışdır. İddiaçının orada yaşadığını bir qonşu belə deyə bilməz. Həyət səviyyəsindən 1 metr aşağı zirzəmini mənzil kimi qeyd edirlər. Həmin yerdə su, qaz, işıq, sanitar qovşağı yoxdur. İddiaçının orada yaşaması mümkünsüzdür. Həmin yer onların evinin altıdır. Həmçinin bildirir ki, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair kirayə müqaviləsi olmalı idi. Lakin hazırda belə bir müqavilə yoxdur. İddianın rədd olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, həqiqətən də Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 08.04.2005-ci il tarixdə, 347 nömrəli sərəncam qəbul olunmuşdur. Həmin sərəncama əsasən ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, yaşayış sahəsi 19.7 m2 və mətbəxi 12.7 m2 olan sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsinin X3 ilə bağlanması göstərilmişdir. O vaxtdan indiyə qədər icra hakimiyyəti tərəfindən həmin yaşayış sahəsi ilə bağlı hər hansı addım atılmamışdır. Bu səbəbdən onların heç bir mübahisəsi yoxdur. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Suala cavab olaraq bildirir ki, Yasamal rayon ərazisində yarımzirzəmi evlərin olub-olmaması barədə məlumatı yoxdur. Sonuncu kirayə müqaviləsinin bağlanma vaxtını bilmir. İcra hakimiyyəti tərəfindən həmin yerə order verilməmişdir. Rayon icra hakimiyyəti order vermir, orderi kirayə müqaviləsi əvəz edir və kirayə müqaviləsi Mənzil Kommunal Təsərrüfat Birliyi ilə bağlanılmaqla müddətli olur. Mübahisəli yerin cavabdehin evinin altı olub-olmamasını bilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan evin mənzil yaşayış fondunun balansına götürməklə X3 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və X1 adına order verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2- 577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzil kirayə müqaviləsinin X3 ilə bağlanması barədə sərəncam verilmişdir. İş materiallarında olan 29.10.2021-ci il tarixli, 10/3604 saylı ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə ünvan 3 ünvanda yerləşən binanın yarızirzəmisində yerləşən 1-ci tikilinin ölçüləri 3,8x5,1 m, 2-ci tikilinin ölçüləri 2,5x3,8m təşkil edir. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.01.2005-ci İl tarixli 2(004)-577/2005 nömrəli qətnaməsi və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 08.04.2005-ci il tarixli 347 nömrəli sərəncamında X4 məxsus tədqiq olunan ünvanda yerləşən bır otaqdan ibarət, yaşayış sahəsi 19,7 kv.m və mətbəxi 12,7 kv.m olan mənzilin ölçüləri göstərilmədiyi üçün, baxış zamanı əldə olunmuş məlumatlar ilə müqahisəli tədqiqat aparılaraq, həmin mənzilin sahəsinin sənəddə göstərilən ölçülərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyəstrindən 21.05.2020-ci il tarixli çıxarışa əsasən, Bakıxanova Əminə Əliəkbər qızının adına mülkiyyət kimi qeydiyyata alınmış ümumi sahəsi 57,7 kv.m olan iki nömrəli mənzilin səhələri sənəddə göstərilən ölçülərinə uyğundur. İş materiallarında olan Yasamal rayon MKTB 42 saylı MKİS tərəfindən verilmiş 307 nömrəli şəxsi hesabat vərəqəsinə əsasən Niftəliyeva (Qarayeva) Təranə Sərmas qızının Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamına uyğun olaraq ünvan 4 ünvanında yerləşən 19,7 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı mənzildə 15.10.2005-ci il tarixdən yaşaması barədə qeydiyyat aparılmışdır. İş materiallarında ola Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14.09.2021-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanına texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ümumi sahəsi 46,2 m2 olan qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Obyekt birmərtəbəli binanın yarızirzəmi sahəsinin bir hissəsində yerləşir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ekspert X5 ifadəsində bildirmişdir ki, mübahisəli yer yarımzirzəmi termininə uyğun olaraq yarımzirzəmidir. Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamında göstərilən 19.7 kv.m olan olan sahə əslində 19,38 m2, 12,7 m2 göstərilən sahə isə əslində 9.5 m2-dir. Suala cavab olaraq bildirir ki, həmin yer bu gün yaşayış üçün yararlı deyil. Ölçülərdə olan fərq azdır, yəni nəzərdə tululan sahədən faktiki sahə daha azdır. Mübahisəli sahə cavabdehin anasının mülkiyyətində olan sahəyə daxil deyil. İşin halları odur ki, mübahisə predmeti olan sahədən cavabdeh zirzəmi kimi istifadə edir. Həmin sahənin üst mərtəbəsində yerləşən mənzil cavabdehin anası olan iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızının mülkiyyətindədir. İddiaçı cavabdehin həmin sahədən çıxarılmasını və özünün ora köçürülməsini məhkəmədən xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Çünki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan evin mənzil yaşayış fondunun balansına götürməklə X3 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və X1 adına order verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsi X3 ilə bağlanması barədə sərəncam verilmişdir. Cavabdeh isə mübahisə predmeti olan sahəyə hər hansı hüquqverici sənədi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).”. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ekspertiza xərci Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılsın və İddiaçı həmin mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların xərci olaraq Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1681/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1681/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver