Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1695/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 15.02.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhum qardaşı - 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 05.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı mərhum - 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X8 onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. 2000-ci ildə sarılıq xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və orada müalicəsi düzgün aparılmadığından 2013-cü ildə onda Hepatit A, Hepatit B, Hepatit C virusu aşkarlanmışdır. Qardaşı vaxtaşırı müalicələr almasına baxmayaraq HİV-ə yoluxmuş və nəticədə qaraciyərin hüceyrə və toxumları zədələndiyindən 05.11.2021-ci il tarixdə qaraciyər serrozu, immun çatışmamazlığından birgə yaşadıqları mənzildə vəfat etmişdir. Qardaşının ölümü haqqında şəhadətnamənin alınması tibbi arayışın və AZS-106 nömrəli formanın olmaması səbəbindən mümkün olmamışdır. Bundan sonra o, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin orqan isə şəhadətnamə verilməsinin qeyri-mümkünlüyü ilə bağlı imtina etmiş və ona ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini və qardaşı - 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 05.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, mərhum -10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X8 onun qardaşıdır. 05.11.2021-ci il tarixdə təsadüfən qardaşı yaşayan mənzilə onlara qonaq gəlmiş və o, orada olduğu müddətdə X1nun vəziyyəti pisləşmiş, TTYS-i çağırmışlar, lakin onlar gələnədək qardaşı keçinmişdir. X1 HİV və qara ciyər serrozu xəstəliyindən əziyyət çəkmişdir. X4 həmçinin izahatında mərhum X5 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da eyni məzmunlu izahat verərək X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 və xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Ərizəçi ataları X11, anası isə X3r. - Bakı şəhər TTTYS-nın 8 saylı Bölməsinin 19 noyabr 2021-ci il tarixli 27 nömrəli arayışından görünür ki, 05.11.2021-ci il tarixdə saat 11:30-da ünvan 1 ünvanına X8 adına çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi Gülgəz Həsənzadə yerinə yetirmiş, həmin xəstəyə həkimə qədər ölüm diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikası Bakı şəhər İH MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 09 mart 2022-ci il tarixli 29 saylı arayışından görünür ki, X8 05.11.2021-ci il tarixdə Xəzər rayonu ərazisində yerləşən Buzovna qəbirstanlığında dəfn olunmuşdur. - qeydiyyat şöbəsinin 13.01.2022-ci il tarixli 120/15-nömrəli məktubundan müəyyən edilir ki, 05.11.2021-ci il tarixdə vəfat etmiş X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin və şahidlərin izahatlarından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X8 05.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və mərhum Xəzər rayon Buzovna qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 05.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.02.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 05.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1695/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1695/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver