Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1719/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizüli qızının katibliyi ilə, Ərizəçi, Cavabdeh X7 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan olunması” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan olunması” müraciət edərək, 1915-ci il tarixdə anadan olmuş atası X8 (Əhməd) oğlunun xx.xx.1993-cü ildə Qubadlı rayonunun Yusifbəyli kəndində şəhid olması (plməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1915-ci il tarixdə Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olmuş atası X8 (Əhməd) oğlu xx.xx.1993-cü ildə Qubadlı rayonunun Yusifbəyli kəndində şəhid (mülki) olmuşdur. O, atasının ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin mərhum atasının ölümü haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Maraqlı şəxsndə ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil və ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Atasının ölümü barədə həkim arayışı təqdim edə bilmədiyinə görə onun ölümü haqqında şəhadətnaməni məhkəməyə müraciət edərək almalıdır. Ölüm faktının müəyyən olunması üçün məhkəməyə ölüm faktının müəyyən olunması barədə ərizə ilə müraciət edir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1915-ci il tarixində Qubadlı rayonunda anadan olmuş X4 ölmüş elan olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxsə xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, X8 (Əhməd) oğlu onun atasıdır. O, 1915-ci il tarixdə Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olmuşdur. Ərizəçi bacıdır. X1 xx.xx.1993-cü ildə Qubadlı rayonunun Yusifbəyli kəndində şəhid (mülki) olmuşdur. Belə ki, rayon işğal olunan zaman anaları əlil qardaşlarını götürərək evlərini tərk etməli olmuşdur. Atası gözdən əlil olduğu üçün evi tərk edə bilməyərək orada qalmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Maraqlı şəxs Ərizəçi Məhəməd qızına ünvanladığı xx.xx.2024-cü il tarixli, 16-518-Mxx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasında imtina edilmiş və yasayış yeri üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli, 10 nömrəli arayışın sürətindən görünür ki, X3 atası xx.xx.1915-ci il təvəllüdlü Yusifbəyli kənd sakini X4 1993-cü il rayon işğal olunan zaman orada qalaraq itkin düşmüşdür, mülki şəhid statusu almışdır. Mülki şəhid kimi Qubadlı Rayon İcra Hakimiyyətində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, ərizəçinin X1 xx.xx.1915-ci tarixdə Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə Qubadlı rayonu işğal olunan zaman X4 hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüşdür. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli, 10 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.1915-ci il təvəllüdlü Yusifbəyli kənd sakini X4 1993-cü il rayon işğal olunan zaman orada qalaraq itkin düşmüşdür, mülki şəhid statusu almışdır. Mülki şəhid kimi Qubadlı Rayon İcra Hakimiyyətində qeydiyyatdadır. Ərizəçi atası barədə Ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müvafiq tibbi sənədlər olmadığından imtina cavabı almışdır. Hal-hazırda ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək üçün şəxsin məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsinə zərurət vardır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 312-316, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1915-ci il tarixində Qubadlı rayonunda anadan olmuş X4 ölmüş elan olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1719/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1719/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver