Məhkəmə qərarları › İş №2(004)-1730/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1730/2022

07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1730/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 11.08.1952-ci il təvəllüdlü X4 08.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 Elmira Qulu qızının onun qohumu olduğunu, yas mərasimində iştirek etdiyini, Hindarx qəsəbəsinin qərbirstanlığında dəfn olunduğunu, böyrəklərində problem olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 Elmira Qulu qızının onun qohumu olduğunu, yas mərasimində iştirek etdiyini, Hindarx qəsəbəsinin qərbirstanlığında dəfn olunduğunu bildirmişdir . İş materiallarında olan İV-ЖГ №387494 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi atası X6, anası isə X7r. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Bakı şəhər Səhiyyə Mərkəzi 16 saylı şəhər Poliklinikasının 11.02.2022ci il tarixli 55№-li məktubundan görünür ki, ünvan 1 ünvanında vəfat edən X8 ölüm şəhadətnaməsinin verilməməsinin səbəbləri poliklinikaya heç bir müraciətin olmaması, ölümün səbəbinin aydın olmaması, xəstəliyi haqqında tibbi sənədlərin təqdim edilməməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 16.02.2022-ci il tarixli məktundan görünür ki, X4 ölümünün qeydə alınması sənədlər tam olmadığından, ölüm haqqında tibbi şəhadətnamə Ərizəçi tərəfindən şöbəyə təqdim edilmədiyindən mümkün olmamışdır. İş materiallarında olan 08.02.2022-ci il tarixli Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X10 təcili və təxirəsalınmaz tibbi yardım gələnə qədər vəfat etmişdir. İş materiallarında olan 158 saylı MKİS tərəfindən verilmiş 06.04.2022-ci il tarixli arayışdan görünür ki, X10 ölənə qədər Ağdam rayonundan məcburi köçkün kimi 523-cü məhəllə Z.Xəlilov küçəsi, ev 1, mənzil 4/15-də məskunlaşmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, 11.08.1952-ci il təvəllüdlü X4 08.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, 11.08.1952-ci il təvəllüdlü X4 08.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.08.1952-ci il təvəllüdlü X4 08.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar