Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1745/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü mərhum bacısı X3 xx.xx.2014-cü il tarixində Xaçmaz rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X1 mərhum anası X7 ilə birgə nikahından o - Həsənova (İvanenko) Yuliya Vladimirovna, mərhum qardaşı X4 və mərhum bacısı X9 dünyaya gəlmişdir. Bacısı X9 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Atasının və qardaşının vəfatına ünvan 1 ünvanında yerləşən ata evlərin baş vermiş yanğın hadisəsi səbəb olmuşdur. Anası X7 isə kəskin qaraciyər çatışmamazlığı səbəbilə vəfat etmişdir. Bu yaxınlarda bacısı X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı səhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-3931/24 saylı məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin ərizənizə cavab olaraq bildiririk ki, bacınız X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildiririk ki, siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir”. Qoşmaya əlavə edilmiş forma 27-i nömrəli 3 saylı Şəhər Klinik Xəstəxanasından əldə edilmiş çıxarışdan da göründüyü kimi X9 xx.xx.1979-cu il təvəllüdlü olmuşdur və xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək stasionar müalicə almışdır. Bacısı uzun müddətli xəstəlik səbəbilə xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Qoşmaya əlavə edilmiş Xaçmaz rayon X12 Hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi xx.xx.2005-ci il tarixində ünvan 2 ünvanındakı fərdi yaşayış evi atası X2 məxsus olmuş və evdə yanğın baş vermişdir. Yanğın zamanı evin içərisində olan sənədlər yanmış və bu günki gün qoşmaya əlavə edəcəyi sənədlərdən başqa ailə üzvlərinə dair başqa heç bir sənəd əldə edə bilməmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2024-cü il tarixli Xaçmaz rayonu Nabran kəndində tərtib olunmuş aktdan göründüyü kimi X11, X13 və X8 aktı tərtib edərək təsdiq etmişlər ki, “X9 Ərizəçi doğma bacısıdır və Nabran kənd inzibati ərazi dairəsinin ərazisində Nabran kəndində yaşamış X9 xx.xx.2014-cü il tarixində vəfat etmiş və onların iştirakları ilə dəfn olunmuşdur.” Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə olaraq Nabran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Z.İskəndərova həmin aktı təsdiq etmişdir. Qoşmaya əlavə edilmiş məzar abidəsinin fotoşəkillərindən göründüyü kimi X10 xx.xx.1979-cu il tarixində anadan olmuş və xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat Miqrasiya Xidmətinin Maps üzrə məlumat şöbəsinin arayışından da göründüyü kimi X5 barəsində elektron baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Lakin mərhum bacısı X3 xx.xx.1979-cu il təvəllüdlü olması, sonuncu məlumatda da, yəni xx.xx.1996-cı il tarixində əldə olunan məlumatlara əsasən Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olduğu bildirilir. Hal-hazırda hesab edir ki, mərhum bacısı X3 ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qoşmaya əlavə edilmiş digər sənədlər də qeyd etdiyi faktları təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum bacısı olmuşdur. O, qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmişdir. Xəstəliyi ilə bağlı Sabunçu xəstəxanasında müalicə olunurdu. Xəstəxananın həkimi onlara bacısının vəziyyətinin çox pis olduğunu bildirmişdir və onlar onu Xaçmaz rayonuna aparmışlar. 24 fevral 2014-cü il tarixdə anası bacısının vəfat etdiyini bildirmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon İHB-nin Nabran İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı, 983142 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 04 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İHB-nin Nabran İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 983232 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 03 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 703134 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 966 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-3931/24 saylı məktubla cavab olaraq bildirilmişdir ki, bacısı X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan 3 saylı Şəhər Klinik Xəstəxanasından əldə edilmiş çıxarışdan görünür ki, X9 xx.xx.1979-cu il təvəllüdlü olmuşdur və xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək stasionar müalicə almışdır. İş materiallarında olan Xaçmaz rayon X12 hissəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, xx.xx.2005-ci il tarixində Xaçmaz rayonu, Nabran qsəbəsi, Gənclər küçəsi, ev 21-də yaşamış X2 məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Xaçmaz rayonu Nabran kəndində tərtib olunmuş aktdan göründüyü kimi X11, X13 və X8 aktı tərtib edərək təsdiq etmişlər ki, “X9 Ərizəçi doğma bacısıdır və Nabran kənd inzibati ərazi dairəsinin ərazisində Nabran kəndində yaşamış X9 xx.xx.2014-cü il tarixində vəfat etmiş və onların iştirakları ilə dəfn olunmuşdur.” Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə olaraq Nabran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Z.İskəndərova həmin aktı təsdiq etmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X3 xx.xx.1979-cu il ildə doğulduğu, xx.xx.2014-cü ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat Miqrasiya Xidmətinin Maps üzrə məlumat şöbəsinin arayışından görünür ki, X5 barəsində elektron baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. X3 isə xx.xx.1979-cu il təvəllüdlü olması, Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olduğu bildirilir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki, ərizəçi həyat yoldaşıdır. Mərhum ərizəçinin bacısı olmuşdur. Mərhum xəstəliyi ilə bağlı xəstəxanada müalicə alırdı. Daha sonra mərhumu Xaçmaz rayonuna aparmışlar. Təxminən 7-10 gün sonra mərhum vəfat etmişdir. Mərhum ata evində yaşayırdı. Mərhum 24 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Həmin gün də Xaçmaz rayonuna getmiş və mərhumu dəfn etmişlər. Mərhumun nəşini görmüşdür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin bacısı olmuşdur. xx.xx.2014-cü il tarixində Xaçmaz rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin bacısı xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixində Xaçmaz rayonunda ölməsi ərizəçinin izahatı, şahidin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixində Xaçmaz rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1745/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1745/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver