Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1763/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4nun 04.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01.07.1939-cu ildə anadan olmuş Laçın rayonundan məcburi köçkün X4 04 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Atası yataq xəstəsi olmuşdur. Evə çağırdığı təcili tibbi yardım briqadası çatanda artıq atası keçinmişdir. Təcili və X14 Stansiyası tərəfindən yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhumu adət-ənənəyə uyğun olaraq 04.12.2021-ci il ildə Ceyranbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər. Bu barədə Ceyratan Bələdiyyəsi tərəfindən arayış verilmişdir. Onun qəbir daşı üzərində də vəfat tarixi 04.12.2021-ci il qeyd olunmuşdur. X4 evdə vəfat etdiyi və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Atası Laçın rayonundan məcburi köçkün kimi Xəzər rayonu Qala qəsəbəsi ünvanında qeydiyyatda olmuşdur. Səhhəti ilə əlaqədar son vaxtlar onun yanında Yasamal rayonunda yaşamışdır. Onun vəfatından sonra 31 nömrəli Birləşmiş Şəhər xəstəxanasına müraciət edərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin həmin tibb müəssisəsi tərəfindən ona imtina məktubu verilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsinin 19.02.2022-ci il tarixli imtina məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin olmadığı üçün ərizənin təmin edilə bilinmədiyi qeyd olunmuşdur. Bundan sonra, ərizəçi iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, X4nun 04.12.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atasının ölüm haqqında şəhadətnaməsi olmadan mərhum atasının yaşamış olduğu Xəzər rayonu, Qala kəndində olan özbaşına tikili olan fərdi yaşayış evi ilə bağlı qaz, su və işıqla bağlı abonent müqavilələrini öz adına keçirə bilmir. ASAN Kommunal mərkəzlərinə bu barədə müraciət etsə də, atasının ölüm haqqında şəhadətnaməsi ondan tələb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 01.07.1939cu il təvəllüdlü X5 04.12.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli, 05/Q-514/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Yasamal rayon qeydiyyat Şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarından görünür ki, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi üzrə Ərizəçi xx.xx.1974-cü ildə Laçın rayonu, Minkənd kəndində doğulmuş, Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır İş materiallarından görünür ki, AZE № 03555739 saylı şəxsiyyət vəsiqəsi üzrə X8 01.07.1939-cu ildə Laçın rayonu, Minkənd kəndində doğulmuş, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan 03.10.1974-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 480144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, X4, anası X9r, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.10.1974-cü il tarixdə 20 nömrə ilə qeyd edilmişdir.. Bakı şəhəri Təcili və X14 Stansiyasının 04.12.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi əsasında müəyyən edilmişdir ki, 04.12.2021-ci il tarixdə saat 10:12 dəqiqədə ünvan 3 ünvanına çağırış olmuşdur. Çağırış yerinə gələn həkim Cahangirov V. və tibb bacısı Yusifova ünvanda həkimə qədər ölmüş kişi cinsli meyit aşkar etmişlər. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 31 №li Şəhər Poliklinikasına ünvanlanmış ərizənin surətindən görünür ki, Ərizəçi ölüm kağızının alınması üçün müraciət etmiş və ona imtina cavabı verilmişdir. İş materiallarına əlavə edilmiş Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli №12 saylı Arayışın surətindən görünür ki, Əsədullayev X12 qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X5 01.07.1939-cu ildə doğulduğu, 04.12.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır. X2 ərizəçinin atasıdır. X3 vəfat edəndə təcili tibbi yardım çağırılmışdır. Mərhum X1 qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi oğludur. X2 bir müddət xəstəlikdən əziyyət çəkmişdir. X8 vəfat edəndən sonra, ona xəbər verilmiş və o, ərizəçinin evinə getmiş və mərhumu görmüşdür. Mərhum X1 qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin atası olmuşdur. 04.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin X4nun 04.12.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1939-cu ildə doğulmuş X5 04.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1763/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1763/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver