Məhkəmə qərarları › İş №2(004)-1772/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1772/2024

27.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1772/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri xx.xx.1962-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum əri xx.xx.1962-ci il təvəllüdlü X2 və ailə üzvləri - ünvan 2 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq uzun müddətdir ki, öz evləri olan Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində yerləşən 78 saylı evdə yaşayırlar. Mərhum əri X2 xx.xx.2023-cü il tarixdə faktiki yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində yerləşən 78 saylı evdə də vəfat etmişdir. Mərhum ərinin halı pis olan Təcili və X6 Stansiyasına müraciət etdilər. Həkim briqadası evə gələn zaman artıq ərinin vəfat etdiyini bildirmişlər. Mərhum əri Sabunçu rayonu Bilgəh qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Xəbərdarlıq Vərəqəsini əldə etdikdən sonra yaşadıqları yer üzrə Abşeron Rayon Qeydiyyat Şöbəsinə və Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Ona həm qeydiyyat şöbəsindən, həm də ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasından imtina cavabı gəlmişdir və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yatası yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 326047 saylı nikah ahqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 21 sentyabr 1983-cü il tarixdə nikaha daxil olmuşlar. Ərə “Məhərrəmov”, arvada “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/16-5/8-Q-3059/23 nömrəli məktubundan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayon X8 hüquqi şəxsin X5 “ölüm haqqında tibbi şəhadətnamə’’ verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 18-1-20/2-M-xx-xx/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. V.Məhərrəmovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 410 saylı arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və mərhum Sabunçu rayonu Bilgəh qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi anası, mərhum X2 isə atasıdır. O, xx.xx.2023-cü il tarixdə evdə vəfat etmişdir. Xəstəliyi yox idi. Ürəktutmasından vəfat etdiyi güman edirlər. Daha sonra mərhum Bilgəh qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, X3 yaxın dostudur, mərhum X2 isə X3 atasıdır. X2 xx.xx.2023-cü il tarixdə evdə vəfat etmişdir. Sonra mərhum Bilgəh qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Dəfnində o da iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixində Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar