Məhkəmə qərarları › İş №2(004)-1772/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1772/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1772/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə Şahbaz oğlunun iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası xx.xx.1949-cu il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə vəfat etmiş və el adəti ilə ona yas tutularaq Saray qəbiristanlığında dəfn edilmişdir. Mərhum ev şəraitində vəfat etdiyindən onun ölümü ilə əlaqədar tibbi şəhadətnamə alına bilməmişdir. Bakı şəhər Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, X6 ünvan 1 ünvanında saat 05:01-də vəfat etmiş, həkimə qədər ölüm aşkar edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edilmədiyindən görə ölümün qeydə alınması mümkün olmamışdır. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyinə görə ərizçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 01212756 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Yaşayış yeri Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 27, mənzil 50-dir. Хİİ–ЖГ № 332682 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Qazımətova) Fidan Fərman qızı xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamədə ata qrafasında X8, ana qrafasında X9 qeyd olunmuşdur. İ–ЖГ № 462516 saylı Boşanma haqqında şəhadətnamədən görünür ki, X8 ilə X6 arasındakı nikah xx.xx.1992-ci il tarixdə 99 nömrəli akt qeydi ilə pozulmuşdur. AZ-İ № 775173 saylı Bakı Nikah Evi tərəfindən 25 iyun 2012-ci il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X4 nikahı 25 iyun 2012-ci il tarixdə 1368 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Qazımətov”, arvada “Qazımətova” soyadı verilmişdir. Vİİİ- ЖГ № 442969 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1982-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Şəhadətnamədə ata qrafasında X2, ana qrafasında X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" MMC-nin 13 yanvar 2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi 02 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi – 1986 həqiqətən Əsəd Əhmədov küçəsi 5/9 saylı evin 85 nömrəli mənzilində qeydiyyatsız olaraq yaşayır. xx.xx.2024-cü il tarixli Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 05:01-də Əsəd Əhmədov küçəsi, 5-ci döngə, ev 9, mənzil 85 ünvanında vəfat etmiş, həkimə qədər ölüm aşkar edilmişdir. Ölümün ilkin səbəbi olaraq poliklinikaya müraciət qeyd edilmişdir. Azərbaycan Respublikası Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/13 saylı arayışın surətindən görünür ki, Ərizəçi anası X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi (etibarnamə ilə Nümayəndə) 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyininin qeydiyyat şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, ərizəçi Yasamal rayonu Əsəd Əhmədov 5-ci döngə 9 2/4/85 mənzilində müvəqqəti yaşayan X6 (xx.xx.1949-cu il) xx.xx.2024-cü il tarixində gecə saatlarında vəfat etmişdir. Təcili tibbi yardım stansiyasına zəng vurulmuş, nəticədə həkim tərəfindən xanımın vəfat edilməsi aşkar edilmişdir. Ərizəçinin məhkəməyə müraciət etməsi üçün imtina məktubu verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə ərizəçi tərəfindən təsdiq edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərizəçinin ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması şöbə tərəfindən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin valideynləri X8 ilə X3 birgə nikahından ərizəçi - Qazımətova (Əliyeva) Fidan Fərman qızı anadan olmuşdur. Ərizəçinin anası X6 24 dekabr 2024-cü il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilməmişdir. Bakı şəhər Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, X6 ünvan 1 ünvanında saat 05:01-də vəfat etmiş, həkimə qədər ölüm aşkar edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edilmədiyindən görə ölümün qeydə alınması mümkün olmamışdır. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyinə görə ərizçi məhkəməyə müraciət etməli olmuşdur. Hazırda Ərizəçi 24 dekabr 2024-cü il tarixdə vəfat edən anası X3 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, ərizəçinin anası 13 iyun 1949-cu il təvəllüdlü X6 24 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 13 iyun 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 24 dekabr 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 iyun 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 24 dekabr 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar