Məhkəmə qərarları › İş №2(004)-180/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-180/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-180/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X5 xx.xx.1950-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda idi, subay idi. xx.xx.2016-cı ildə dünyasını dəyişmişdir. Bakı şəhəri Təcili və X9 Stansiyası tərəfindən X2 ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X2 ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdəndən tərəfindən xx.xx.2023-cü il tarixdə anasının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 19xx/xx/2023 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Yuxarıda göstərilən səbəblərə görə X2 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X5 ərizəçinin anasıdır, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi, onlar yaşadığı mənzildə son gününə kimi yaşayırdı və müalicəsini də alırdı. Bir neçə dəfə əməliyyatla bağlı Türkiyə Respublikasına getmiş, lakin o, əməliyyat etdirməkdən imtina etmiş və xəstəlik tədricən kəskinləşməyə başlamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sabirabad rayonu Qeydiyyat Şöbəsinin AZ №161366 saylı, 25 aprel 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 01 iyul 1950-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. X4, anası isə X10r. - AZE seriyalı, 05534625 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 01 iyul 1950-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. - Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat Şöbəsinin №444883 saylı, 20 sentyabr 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X3r. - Təcili və X9 Stansiyasının xx.xx.2016-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 01 iyul 1950-ci il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdə saat 14:31 radələrində ünvan 2 ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 698 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 (xx.xx.1950-xx.xx.2016) qəbirdaşına əsasən A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 1-ci sektorunda dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3/16-5/8-19xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni tərəflərindən şöbəyə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 həqiqətən də xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar