Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1842/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2021-ci ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş X4 onun doğma atasıdır. Atası uzun müddət hepertoniya xəstəsi olmuş, xx.xx.2021-də infarkt keçirmiş və xx.xx.2021-ci ildə 3 saylı Şəhər Klinik Xəstəxanada qeydiyyata alınaraq müayinə olunmuş, xx.xx.2021-ci ilə kimi xəstəxanada müalicə almış və evə buraxılmışdır. Evdə müalicə olunsa da vəziyyətində yaxşılaşma olmamış və xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda həmin xəstəlikdən vəfat etmişdir. BŞT və TTYS 12 saylı bölməsinin həkim briqadısı evə gələrək atasının ölməsini təsdiq edən xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Atasını Maştağa qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, 106 nömrəli tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. 3 saylı Şəhər Klinik Xəstəxanasının verdiyi xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2021-ci il tarixdə “kəskin baş beyin qan dövranının pozulması”, hipertoniya xəstəliyi İİİ dərəcə diaqnozu ilə xəstəxanaya daxil olmuş və xx.xx.2021-ci il tarixdə evə yazılmışdır. BŞT və X3 Stansiyasının 12 nömrəli bölməsinin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2021-ci il tarixdə saat 09:00-də ünvan 1 ünvanda gəldikdə 69 yaşlı X2 öldüyünü müəyyən etmişlər, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər (AZE 07903483). Yasamal RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE 07903483 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X4 xx.xx.1952-ci ildə ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş X4 Ərizəçi doğma atasıdır. X4 xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir. X1 qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1842/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1842/2021
18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver