Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1864/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Əliyeva Aysel Seymur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959cu il təvəllüdlü X2 xx.xx.2020-ci il Şamaxı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü Pasavev Aqil xx.xx.2020-ci il tarixində Şamaxı şəhərində vəfat etmişdir. Həmin gün həyat yoldaşı həkimlər tərəfindən müayinə edildikdən sonra vəfat etdiyi bildirilmiş, Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi kimi “həkimə qədərki ölüm” qeyd edilmişdir. Mərhum həyat yoldaşı Aqil Paşayev xx.xx.2020-ci il tarixində Masallı rayonu Boradigah qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu barədə Masallı rayon Boradigah bələdiyyəsi sədri tərəfindən xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayış verilmişdir. Həyat yoldaşının ölümündən sonra onun dəfni və hüzr mərasimi ilə bağlı vaxtı olmadığından ölüm haqqında şəhadətnamə ala bilməmiş və sonradan Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də ona müsbət cavab verilməmişdir. Həyat yoldaşının ölümü haqqında şəhadətnamə ona vərəsəlik qaydasında keçəcək əmlakla əlaqədar məsələlərin həlli və eyni zamanda yaşadığı mənzilə pasport qeydiyyatından çıxarılması məsələsinin həlli üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur. X5 onun həyat yoldaşı olmuşdur. X2 doğum tarixi xx.xx.1959-cu il olmuşdur. O, xx xxxxxx 2020-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Masallı rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, X5 və onun həyat yoldaşı Ərizəçi onun qohumlarıdır. X5 təxminən iki ay bundan əvvəl Şamaxı şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Masallı rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X5 ilə Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin əri xx.xx.1959-cu il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1864/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1864/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver