Məhkəmə qərarları › İş №2(004)-1899/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1899/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1899/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. X4 ərizəçinin oğlu olmuşdur. O, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Xaçmaz rayonu Dədəli kəndində dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsi üzrə dəqiqləşmə verərək, oğlu X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur. Ərizəçinin oğlu xx xxxxxx 1984-cü il təvəllüdlü X4 uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirmiş. O, xx xxxxxx 2021-ci il tarixdə dünyasını dəyişmiş, ərizəçi yaşadıqları mənzilə Bakı şəhəri Təcili və X7 Stansiyasına çağırış vermişdir. Sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Ərizəçinin oğlu X1 rayonu Dədəli kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş X-JQ 253293 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1984-cü il tarixdə 465 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Ərizəçidır. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2021-ci il tarixli 05/96 331/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 05 nömrəli xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə saat 01.30 radələrində yaşadığı ünvan 1 ünvanında öz əcəli ilə qəflətən vəfat etmişdir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 8 saylı Bölməsinin 13 nömrəli xx xxxxxx 2021ci il tarixli sorğuya cavabının məzmunundan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə ünvan 4 ünvanına X3 adına çağırış daxil olmuş, dəqiqləşdirilməmiş qaraciyər serrozu, Hepatit, dəqiqləşdirilməmiş pnevmaniya diaqnozu qoyulmuş və xx.xx.2021-ci il tarixdə həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. Yasamal rayon MKTB 61 saylı MKİS-nin 61 nömrəli xx.xx.2021-ci il tarixli arayışından n görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X3 xx xxxxxx 2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X3 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar