Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1907/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs – Şamaxı rayon Qeydiyyat şöbəsi) mülki işə xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx xxxxx 1966-ci il təvəllüdlü X7 xx.xx.1999-cu il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X4 xx xxxxx 1966-cı ildə anadan olmuş, xx.xx.1999-cu ildə naməlum səbəbdən vəfat etmişdir. X5 rayon Qəleybuğurd kənd qəbirstanlığında dəfn edilmişdir. Hətta, onun qəbri üstündə qəbirüstü abidə də qoyulmuşdur. Qardaşının ölməsini və kənd qəbirstanlığında dəfn edilməsini digər qohumları və kənd camaatı da təsdiq edə bilər. Bu fakt kənd icra nümayəndəsinin kənd sakinlərinin iştirakı ilə tərtib etdiyi və təsdiq etdiyi aktla da təsdiq olunur. X1 ölümü haqqında akt qeydi almaq üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, qardaşının ölümü barədə onların arxivində akt qeydi yoxdur. Bu səbəbdən ona X1 ölümü barədə akt qeydi verilməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək və ərizənin məzmununa uyğun izahat verərək, 1966-cı ildə doğulmuş X7 xx xxxx 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, faktın müəyyən edilməsi ona atasından qalan mirasa sahiblik etməsində yaranan çətinlikləri aradan qaldırmaq üçün lazımdır. Maraqlı şəxs Şamaxı rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AA № ******* saylı şəxsiyyət vəsiqəsi üzrə Ərizəçi xx.xx.1970-ci ildə Şamaxı rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X7 xx.xx.1966-cı ildə doğulduğu, xx.xx.1999-cu ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/Q-859/69 nömrəli arayışdan görünür ki, X11 xx.xx.1966-cı ildə Şamaxı rayonunun Keşmədin kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1966-cı il tarixdə Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyində 20 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anasının isə Heydərova Gülövşə Camal qızı olması qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05/Q-458/69 nömrəli Arayışda qeyd edilmişdir ki, X7 ölümü haqqında akt qeydi 1996-2004-cü illər Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyi, 1996-2004cü illər Şamaxı rayon qeydiyyat şöbəsi, 1999-2002-ci illər bərpa akt qeydləri üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Şamaxı rayonu Qaleybuğurd kənd sakinləri X18 (şəxsiyyət vəsiqəsi AZE № 06668943), X21 (şəxsiyyət vəsiqəsi AZE № 0667117), X13 (şəxsiyyət vəsiqəsi AZE № 07911336) tərəfindən tərtib edilmiş və imzalanmış aktda qeyd edilmişdir ki, Şamaxı rayonu, Kecmədin kəndində anadan olmuş X10 onlar yaxından tanımış, uzun müddət bir kənddə yaşamışlar. xx.xx.1999-cu il tarixdə mərhum X11 vəfat etmiş və Şamaxı rayonunun Qaleybuğurd kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin imzalar Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Vahidov tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, mərhumun bacısıdır. X4 Rusiya Federasiyasında 1999-cu il tarixdə vəfat etmişdir. Sonradan onun nəşi Şamaxı rayonunun Qaleybuğurd kəndinə gətirilmiş və orada dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, mərhumun yeznəsidir (ərizəçinin həyat yoldaşı). X3 1990-cı ilin əvvəllərindən tanımış, bir müddət bir yerdə işləmişlər. X6 Federasiyasında 1999-cu il tarixdə rəhmətə getmişdir. Sonradan onun nəşi Şamaxı rayonunun Qaleybuğurd kəndinə gətirilmiş və orada dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ərizəçinin qardaşı olmuşdur. xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X5 rayon Qaleybuğurd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin X1 xx.xx.1999-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1966-cı ildə doğulmuş X7 xx xxxx 1999-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1907/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1907/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver