Məhkəmə qərarları › İş №2(004)-1907/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1907/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1907/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun anası X1 xx.xx.1979-cu ildə Bakı şəhəri Yasamal rayonu 3-cü Xrebtovı küçəsi 129/110 nömrəli evdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu və 310-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizəçi ölüm faktının müəyyən edilməsini xahiş etdiyi anası X1 şəxsiyyətini təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və sair), həmçinin təcili tibbi yardım stansiyasının şəxsin ölməsini təsdiq edən xəbərdarlıq vərəqəsini, mərhumun harada dəfn olunduğu yerə dair müvafiq orqanların arayışını iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki işdə Ərizəçi ərizəsində anasının xx.xx.1979-cu il tarixdə vəfat etdiyini qeyd etsə də, təqdim edilmiş fotoşəkildə məzar daşının üzərində X1 1913- 1980-ci illərdə yaşadığı göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 49, 152, 152.1, 152.1.1, 152.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" MMC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar