Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1910/2020 18.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi Ağaəli oğlunun iştirakı ilə, Ərizəçi Ağaəli oğlunun maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ağaəli oğlu maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dairərizə ilə məhkəməyə müraciət edərək, 1917-ci ildə Bakı şəhərində anadan olmuş X1 xx xxxxxx 1990-cı il tarixdə Şabran şəhəri, Səməd Vurğun küçəsi, ev 1B ünvanında ürək çatışmazlığından vəfat etməsi faktının müəyyən ediləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, atası X3 1917-ci ildə Bakı şəhərində anadan olmuş, xx xxxxxx 1990-cı il tarixdə ürək çatışmamazlığından yaşadığı Şabran şəhəri, S.Vurğun küçəsi, ev İB ünvanında vəfat etmişdir. Lakin, qohumlardan heç kəs müraciət edərək X1 adına ölüm haqqında şəhadətnamə əldə etməmişdir. O, bu yaxınlarda atası X1 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Şabran rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şabran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 07 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar atası X1 ölüm faktının müəyyən edilməsiylə bağlı məhkəməyə müraciət etməlidir. X1 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının qeydiyyatı qaydasına riayət edilmədiyindən və mövcud şəraitdə belə qaydadan istifadə olunması qeyri-mümkün olduğundan o, X1 ölümü haqqında şəhadətnamə ala bilmir. X1 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə alınması məqsədi ilə lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, qaynatası X2 xx xxxxxx 1990-cı ildə səhər saatlarında yaşadığı Şabran şəhəri, S.Vurğun küçəsi, ev 1-də anidən vəziyyəti pisləşmiş və onlar təcili tibbi yardım çağırmışlar. Lakin, o, təcili tibbi yardım gələnədək vəfat etmişdir. O, Şabran Şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Ağaəli oğlu xx xxxxxx 1959-cu il tarixdə Dəvəçi şəhərində anadan olmuş, anası X6, atası X3 göstərilmişdir. İş materiallarında olan XVİİ-ЖГ №618652 pasportdan görünür ki, X3 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi Ağaəli oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin atasının ölümünün qeydiyyatı barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 215 saylı arayışdan görünür ki, X3 barəsində Şabran Rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şabran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Şabran şəhər sakini rəhmətə getmiş vətəndaş X1 ölüm haqqında şəhadətnaməsi arxiv sənədləri məhv olunduğu üçün təqdim olunması mümkün olmamışdır. İş materiallarında olan 2570 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1917-ci il təvəllüdlü X3 xx.xx.1990-ci ildə Şabran şəhəri, S.Vurğun küçəsi, ev 1 ünvanında vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X1 1917-ci ildə anadan olduğu və 1990-cı il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan X4, X5, Ərizəçi Ağaəli oğlu və X8 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş aktdan görünür ki, X3 öldüyü günə qədər Şabran şəhəri, S.Vurğun küçəsi, ev 1/B ünvanında yaşamış, xx xxxxxx 1990-cı il tarixdə ürək çatışmazlığından yaşadığı Şabran şəhəri, S.Vurğun küçəsi, ev 1/B ünvanında vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1917-ci il tarixdə anadan olmuş X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş, sübutlarla tam təsdiq olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1917-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.1990-cı il tarixdə Şabran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1910/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1910/2020
18.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver