Məhkəmə qərarları › İş №2(004)-1931/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1931/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1931/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 və “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 39 nömrəli şəhər poliklinikası cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 39 nömrəli şəhər poliklinikası cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü X6nun ölüm faktının müəyyən edilməsi və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1947-ci il təvəllüdlü, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və faktiki həmin ünvanda yaşamış X16 özünü pis hiss etdiyi üçün xx.xx.2025-ci il tarixdə təxminən saat 12:50 radələrində Təcili yardım çağırmışlar. Lakin təcili yardım (təxminən 40 dəqiqə sonra) gec gəldiyindən X1 və X10 Satsiyasının işçiləri gələnədək vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:39-da Təcili və X10 Stansiyasının Əbilova soyadlı həkimi və Həsənova soyadlı tibb bacısı X11 həkim briqadası gələnədək öldüyünü müəyyət etdilər. Bundan sonra o, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 39 nömrəli şəhər Poliklinikasına müraciət edərək X6nun ölüm haqqında Şəhadətnaməsinin verilməsini tələb etsə də, Poliklinikanın Baş həkimi Ləman Hacıyevanın xx.xx.2025-ci il tarixli məktubu ilə X6nun poliklinikaya hər hansı bir xəstəliklə müraciət etmədiyini və dispanser qeydiyyatında olmadığını və xəstənin ölüm səbəbinin məlum olmadığını göstərərək, heç bir əsas olmadan ölüm Haqqında Şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu göstərmişdir. Hazırda X6nun ölüm Haqqında Şəhadətnaməsinin başqa yolla əldə edilməsinin mümkün olmadığını bildirmişdir. Hazırda o X6nun adına olan əmlaklarının vərəsəlik şəhadətnaməsinin alınması, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən qeydiyyatdan silinməsi (təqaüdünün dayandırılması) və sair üçün məcburən ölüm Haqqında Şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etmişdir. Atası Neft daşlarında qazmaçı işlədiyindən, xəstələnəndə Neftçilər xəstəxanasında (poliklinikaya) müalicə almışdır. Bu səbəbdən də yerli poliklinikaya müraciət edilməmişdir. Bundan başqa X6 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində mədəsindən əməliyyat olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək M.Tusi adına Kilinikada Qeyri- stenokardiya, şiddətlənən stenokardiya (döş qəfəsində olan ağrılardan, halsızlıqdan və təngənəfəslikdən) diaqnozu ilə ürəyinin 2 (iki) damarına stent qoyulmuşdur. Bundan sonra X14 uzun müddət müalicə almışdır. X16 xx.xx.2025-ci il tarixdə rəhmətə getdikdən sonra. X16 13 yanvar 2025-ci il tarixində Qurd-Qapısı (aşağı) qəbristanlığında dəfn etmişlər. Daha sonra Ərizəçi məhkəməyə ərizə verərək, Bakı şəhəri Maraqlı şəxs1 də maraqlı şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 39 nömrəli şəhər poliklinikasının nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 mərhum X11 poliklinikada qeydiyyatda olmadığı üçün imtina məktubu verdiklərini və ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində ərizəçinin onun qızı olduğunu, mərhum X11 onun həyat yoldaşı olduğunu, yoldaşının 2 dəfə əməliyyat olunduğunu, əməliyyat olunandan 3 il sonra infarkt keçirdiyini, koronavirus vaxtı olduğu üçün poliklinikaya apara bilmədiklərini, daha sonra yenidən əməliyyat olunduğunu və ürəyinə stend qoyulduğunu, xəstəlik səbəbindən 12 yanvar 2025-ci ildə evdə qapının ağzında vəfat etdiyini, vəfat edəndə o və qızının yanında olduğunu, təcili tibbi yardıma zəng etdiklərini, təcili tibbi yardım gələndə artıq yoldaşının vəfat etdiyini, 13 yanvar 2025-ci ildə X30 qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində ərizəçinin onun bacısı olduğunu, mərhum X11 onun atası olduğunu, 12 yanvar 2025-ci il tarixində atasının vəfat etdiyini, atası vəfat edən vaxt o və anasının yanında olduğunu, təcili tibbi yardıma zəng etdiklərini, təcili tibbi yardım gələndə artıq atasının vəfat etdiyini, 13 yanvar 2025-ci ildə X30 qəbirstanlığında dəfn olunduğunu, dəfndə qardaşlarının iştirak etdiyini bildirdi. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsi 39 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 18-1-1-11/2-M- 22-42-4/2025 nömrəli ərizəyə cavab məktubuna əsasən atası ünvan 2 ünvanında yaşamış xx.xx.1947-ci il təvəllüdlü X16 poliklinikaya hər hansı bir xəstəliklə müraciət etməmiş və dispanser qeydiyyatda deyildir. Xəstənin ölüm səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin tərəflərindən verilməsi mümkün deyildir. İş materiallarında olan N.Tusi adına Klinika tərəfindən 865/20 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən xx.xx.1947-ci il təvəllüdlü X16 xəstəxanaya döş qəfəsində olan ağrılardan, halsızlıqdan, təngənəfəslikdən olan şikayətləri ilə xx.xx.2020-ci il tarixdə daxil olmuş, xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. Qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya kliniki diaqnozu qoyulmuşdur. İş materiallarında olan Nəsrəddin Tusi adına X23 X2 xx.xx.2020-ci il tarixli həkim rəyinə əsasən 73 yaşlı X12 Judkins üsulu ilə aparılan müayinədə sağ Rad İal arteriyaya introdüser yerləşdirilmiş, sağ və sol koronar arteriyalar selektə edilərək, uyğun proyeksiyalarda görüntülər alınmışdır. İş materiallarında olan Nəsrəddin Tusi adına X23 Koronor PCİ Raportunun xx.xx.2020-ci il tarixli həkim rəyinə əsasən 73 yaşlı X12 LAD 0,014inc soft tel göndərilmiş, 2 (iki) ədəd dərmanlı STENT qoyularaq darlıq tam aradan qaldırılmışdır. İş materiallarında olan ASAN 3 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən Ərizəçi xx.xx.2016-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər siyahısına xx.xx.1947-ci il təvəllüdlü X16 daxildir. İş materiallarında olan Təcili və X10 Stansiyası tərəfindən verilmiş 12 yanvar 2025-ci il tarixli, 0477 nömrəli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”nə əsasən X16 həkimə qədər ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X-ЖГ 432944 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X13 xx.xx.1985-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 789 nömrə ilə qeyd edilmişdir. X6, anası X3r. İş materiallarında olan Bakı şəhəri Varaşılov rayonu ZAQS şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə verilmiş ИЕ 782829 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.1947-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. X25 Faruqoviç, anası X5r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-359/25 nömrəli ərizəyə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricində olduğundan, Maraqlı şəxs1 aidiyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan İİ-ЖГ 273464 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X21 ilə X9 nikahlarını xx.xx.1978-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5460 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmədov”, arvada “Məmədova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-52-13-18/2-M-50-xx-xx/2025 nömrəli arayışa əsasən X16, 13 yanvar 2025-ci il tarixində, Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında, dəfn xərcləri Ərizəçi tərəfindən ödənilməklə dəfn olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 39 nömrəli şəhər poliklinikası tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin məktubuna cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yaşamış xx.xx.1947-ci il təvəllüdlü X17 hər hansı bir xəstəlikdən poliklinikaya müraciət etməmiş, dispanser qeydiyyatda olmamış və mərhumun yaxınları tərəfindən hər hnası bir tibbi sənəd təqdim edilməmişdir (yalnız TTTY 4 saylı bölmə -ölüm haqqında xəbərdarlıq vərəqəsi: “Kişi cinsli meyit”). Odur ki, ölümə səbəb olan hal məlum olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilməsi mümkün deyildir. İş materiallarında olan fotoşəkildən görünür ki, X12 aid məzar daşının üzərində xx.xx.2025-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə doğulmuş X11 qızıdır. X16 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1947-ci il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar