Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1932/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar Ərizəçi iştirakı ilə, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-01101 nömrəli barışıq sazişini aliment hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbkar Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və borclu Maraqlı şəxs ilə onun arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16- 01101 nömrəli barışıq sazişini aliment hissəsində təsdiq edilməsini xahiş etdi və bildirdi ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs hər ay 200 manat aliment ödəsə də, barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl etmədiyinə görə, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu Maraqlı şəxs məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, borclu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq borclu Maraqlı şəxs iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-284/2024 nömrəli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə 731 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-01101 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları Ərizəçi yanında saxlanmasına razılaşmışlar, Maraqlı şəxs uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ərizəçi hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aliment alınması hissəsində təsdiq edilməlidir. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-01101 nömrəli barışıq sazişi aliment tutulması hissəsində təsdiq edilsin. xx.xx.2023-cü il tarixli MŞB/16-01101 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1932/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1932/2024
13.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver