Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1934/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə cavabdehlərin paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə cavabdehlərin paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95 nömrəli evin 1 nömrəli mənzilinin hər birinin 2/12 hissədən ibarət payının bazar dəyərləri ilə hesablayaraq, hesablarına köçürüldükdən sonra həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsi, bununla bağlı xərclərin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək bildirdi ki, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 ilə mübahisəni məhkəmədən kənar qaydada həll etməyə razılaşmışlar, yəni Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95 nömrəli evin 1 nömrəli mənzilini sataraq hər biri öz payına düşən pulu götürəcəkdir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında bildirdi ki, qardaşı İddiaçı və bacısı Cavabdeh2 ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95 nömrəli evin 1 nömrəli mənzilini sataraq hər biri öz payına düşən pulu götürməyə razılaşmışlar. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında bildirdi ki, qardaşları İddiaçı və Cavabdeh1 ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95 nömrəli evin 1 nömrəli mənzilini sataraq hər biri öz payına düşən pulu götürməyə razılaşmışlar. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə cavabdehlərin paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" MMC MilliÖN elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1934/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1934/2024
23.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver