Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1938/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Əli oğluna qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Əli oğluna qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Əli oğlu ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 baxılması üçün hər ау iki uşaq üçün 400 manat olmaqla, ümumilikdə 800 manat alimentin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs Əli Əsgər oglu ilə 19 mart 2018-ci il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X12 oglu anadan olmuşdur. Qeyd edir ki, əri Maraqlı şəxs Əli əsgər oglu uşaqların saxlanması üçün ona heç bir yardım etmir. O, hal-hazırda rəsmi əmək haqqı ilə SOC'AR-ın tabeliyində olan Təhlükəsizlik İdarəsində işləyir. Onun aldığı əmək haqqı ***-**** manat civarındadır. İlkin mediasiya sesiyası zamanı Bakı şəhəri 6 saylı mediasiya təşkilatında maraqlı şəxs tərəfindən alimentin ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən onunla birgə nikahdan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün hər uşağa görə 400 manat olmaqla iki uşağa görə aliment ödəməyi öz üzərinə götürmüşdür. Amma sazişin imzalanmasından hal-hazıradək 5 ay müddətin keçməsinə baxmayaraq o bu günədək sazişdə göstərilən öhdəliklərini icra etməmişdir. Barışıq sazişi könüllü şəkildə icra olunmalıdır. Amma buna baxmayaraq Maraqlı şəxs sazişi könüllü icra elməkdən boyun qaçırmışdır. O qeyd olunan barışıq sazişinin icra olunması ilə bağlı maraqlı şəxsə müraciət edərək sazişin icra olunması tələb elmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs Əli oğlu arasında bağlanmış Bakı 6 saylı mediasiya təşkilatının mediatoru X9 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər “İkinci tərəf’ (Maraqlı şəxs Əli oğlu) xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 400 manat olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs Əli oğlundan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 400 manat olmaqla, ümumilikdə 800 manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Əli oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Əli oğlundan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 400 manat olmaqla, ümumilikdə 800 manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1938/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1938/2024
14.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver