Məhkəmə qərarları › İş №2(004)-1940/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1940/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1940/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəzli kəndində anadan olmuş X2 xx.xx.2025 il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, onun atası X8 xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəli kəndində anadan olub, xx.xx.2025-ci ildə vəfat edib. O, Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında dəfn edilib. İndiyə qədər atasına ölüm haqqında şəhadətnamə almamışlar. Bakı şəhəri TTTYS-nın 8 saylı bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 14.15-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkiməqədər ölüm kişi cinsli meyit qeyd edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Atasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığından məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 09548255 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Qubadlı rayonu Çərəli kəndində anadan olmuşdur. - AZMEİS-də əldə edilmiş çıxarışın surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X1r. - “Respublika Təcili və X3 Mərkəzi” PHŞ Yasamal TTTYS-nin xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanına çatdıqda 1962-ci il təvəllüdlü X2 meyidini aşkar etmişdir. - Azərbaycan Respublikası Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsinin 02/C- 120 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən rəhmətə gedən atası X8 xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında dəfn edilmişdir. - 3 saylı “ASAN Xidmət” X4 Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 1xx/xx-2025 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanı xaricindədir. 3 saylı “ASAN Xidmət” X9 aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 16 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 14.15 radələrində ünvan 1 ünvanında vəfat etməsi ilə bağlı arayış poliklinikaya heç bir müraciət olmadığından və ölümün səbəbi ayın olmadığına görə verilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, o, mərhumun həyat yoldaşıdır. Onlar ərizəçi ilə bir ünvanda yaşayırdılar. Həyat yoldaşı qrip olmuşdur. xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım çağırmışlar və o gələnə qədər həyat yoldaşı keçinmişdir. xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbə kənd qəbirstanlığında dəfn etmişlər. O, əri xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəli kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin yeznəsi, yəni bacısının əridir. Mobul Həsənovun xəstə olmağı, ona təcili tibbi yardım çağırılmasından məlumatlı olmuşdur. O gələndə təcili tibbi yardım ona Mobil Həsənovun öldüyünü bildirmişdir. O, Ərizəçi atası xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəli kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin atası - xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəli kəndində anadan olmuş X2 xx.xx.2025 il tarixində ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1961-ci ildə Qubadlı rayonu Çərəli kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar