Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1956/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,nənəsi- 01.07.1939-cu il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş X7 29.03.2020-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu ildə Əsgəran rayonunda anadan olmuşdur. X1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu,Ş.Mehdiyev k ev 95 A mənzil 71-də yaşayır. X2 29.03.1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Nənəsi 29.03.2020ci ildə dünyasını dəyişmişdir. Yevlax rayonu Təcili və X6 Stansiyası tərəfindən X3nın ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. Nənəmin ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən də nənəsinin ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, 24.02.2022-ci il tarixli, 05/Q-629/15 saylı məktubla ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsinin imkan xaricində olduğunu bildirmiş və məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, həmkəndlisidir. X3 29.03.2020-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir, 31.03.2020-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Yevlax şəhərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçinin nənəsi X11 ilə qonşu olmuşdur. X11 29.03.2020-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir, 31.03.2020-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Yevlax şəhərinə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərn ifadələrsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 24.02.2022-ci il tarixli, 05/Q-629/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin X3nın ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş AB seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.05.1967-ci il tarixdə anadan olmuş X4 anası qrafasında X11 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 280535 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş Ərizəçi atası qrafaqında X9 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29.03.1992-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X6 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X11 29.03.2020-ci il tarixdə Yevlax rayonunda ölmüşdür. İş materiallarında olan Yevlax Bələdiyyəsinin 05.04.2022-ci il tarixli 48 nömrəli arayışına əsasən X11 29.03.2020-ci il tarixdə Yevlax şəhərində vəfat etmiş və şəhərin “Dəvəçi” qəbirstanığında dəfn edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 01.07.1939-cu il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş X7 29.03.2020-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1939-cu il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş X7 29.03.2020-ci il tarixdə Yevlax şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1956/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1956/2022
10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver