Məhkəmə qərarları › İş №2(004)-1957/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1957/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1957/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qardaşı X9 04 iyul 1959-cu il tarixdə Bakı şəhərində anadan olub, 23 yanvar 2025-ci tarixdə qəflətən vəziyyəti pisləşərək vəfat etmişdir. Qeyd etmək istəyir ki, qardaşı X5 23 yanvar 2025-ci tarixdə gecə saat 03-00-da vəziyyəti ağırlaşmış və o, Təcili və X13 Stansiyasına müraciət etmişdir. Saat dördün yarısında Təcili və X13 Stansiyasının həkimi gəlmiş və ondan xəstənin hansı xəstəlikdən əziyyət çəkdiyini soruşmuş, sonra isə qardaşına hər hansı bir tibbi müdaxilə edilməsinin gərəksiz olduğunu söyləmiş və getmişlər. Tibbi yardım getdikdən 10-15 dəqiqə sonra qardaşının vəziyyəti daha da ağırlaşmış və təkrar Təcili və X11 Stansiyasına müraciət etmişdir. Onlar gələndə artıq qardaşı ölmüşdür. Gələn həkim isə elə 1-ci çağırış zamanı gəlib xəstəni görən həkim idi. O qardaşının ölümü ilə bağlı polislə telefonla danışmış, “ölüm haqqında Xəbərdarlıq vərəqəsi” yazıb getmişdir. xx.xx.2025-ci il tarixdə qardaşı X3 qeydiyyatda olduğu 16 saylı poliklinikaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin ona bildirmişdirlər ki, qardaşının ölümü ilə bağlı xəstəliyinə görə iki ildən çoxdur ki, polilinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxsnə müraciət edərək qardaşı X3 ölümünün qeydiyyat alınmasını xahiş etmişdir. Lakin Maraqlı şəxs imtina vermişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində ərizəçinin onun bibisi olduğunu, mərhum X3 onun atası olduğunu, atasının xəstə olduğunu, halı pisləşəndə təcili tibbi yardım çağırdıqlarını, təcili tibbi yardım gələndə atasının artıq öldüyünü, atası öləndə o, qardaşı, anası və bibisinin yanında olduqlarını, atasının Qurd qapısı qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində ərizəçinin onun baldızı olduğunu, mərhum X3 onun həyat yoldaşı olduğunu, yoldaşının xəstə olduğunu, halı pisləşəndə təcili tibbi yardım çağırdıqlarını, təcili tibbi yardım gələndə yoldaşının artıq öldüyünü, öləndə o, oğlu,qızı və baldızının yanında olduğunu, yoldaşının Qurd qapısı qəbirstanlığında dəfn olunduğunu bildirdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-262/2025 nömrəli məktuba əsasən qardaşı- X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyatı üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə etmişdir. İş materiallarında olan Təcili və X13 Stansiyası tərəfindən verilmiş 21 noyabr 2024cü il tarixli, 0984 nömrəli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”-nə əsasən X9 həkimə qədər ölüm qeydə alınmışdır. Çağırışın tarixi xx.xx.2025-ci il tarix, saat 04:52-dir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 033617 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1998-ci ildə vətəndaş X10 doğulmuş X17 atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 033616 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2002-ci ildə vətəndaş X10 doğulmuş X18 atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 189222 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2004-cü ildə vətəndaş X10 doğulmuş X12 atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 485433 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.1998-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. X1, anası X15r. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 485437 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X21 xx.xx.2002-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 823 nömrə ilə qeyd edilmişdir. X1, anası X15r. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ 882306 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2004-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2063 nömrə ilə qeyd edilmişdir. X1, anası X15r. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu ZAQS tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş ХVİ-ЖГ 269649 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1959-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2841 nömrə ilə qeyd edilmişdir. X2, anası X4. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu ZAQS tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИЕ 348369 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 943 nömrə ilə qeyd edilmişdir. X2, anası X4. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışına əsasən Mirzəyeva X8 rayonu, N.Nərimanov 201, ev 31 mənzilində qeydiyyatdadır, yaşayış və ailə tərkibi qardaşı mərhum 1959-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-52-13-18/2-M-66-xx-xx/2025 nömrəli arayışa əsasən X6, 23 yanvar 2025-ci il tarixdə, Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında, dəfn xərcləri Ərizəçi tərəfindən ödənilməklə dəfn olunmuşdur. Bundan əlavə iş materiallarına dəfn yerini əks etdirən fotoşəkil əlavə edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuş X3 bacısıdır. X9 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar