Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1960/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.02.1971-ci il təvəllüdlü anası X3 27 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası-X3 27 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə səhhəti kəskin formada ağırlaşmış, təcili yardım çağırılmış, lakin təcili tibbi yardım briqadası gələnə qədər anası dünyasını dəyişmişdir. Bu barədə Bakı Şəhəri Təcili və X1 8 saylı bölməsi tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçinin anası 2015-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkirdi, Türkiyənin Ankara şəhərində olan Güvən Xəstəxanasında bir neçə dəfə əməliyyat və müalicə olunurdu. Lakin, müalicələr müsbət nəticə verməmiş və 27.12.2021- ci il tarixdə evdə olarkən, vəziyyəti qəflətən pisləşmiş və təcili yardım gələnə qədər dünyasını dəyişmişdir. Bakı Şəhəri Təcili və X1 8 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsi ilə ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Maraqlı şəxs 11.01.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmuş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bundan sonra o Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq üçün anası qeydiyyatda olan poliklinikaya müraciət etmiş, orda isə ona bildirmişlər ki, anası onkoloji xəstə kimi poliklinikada qeydiyyatda olmadığından, tibbi şəhadətnaməni verə bilməzlər. Bu səbəbdən o ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş və Qeydiyyat şöbəsində ölüm faktını qeydiyyatdan keçirə bilməmişdir. Hazırda onun anasının vəfatı ilə bağlı vərəsəlik işlərinin rəsmiləşdirilməsi, qeydyiyyatın ləğvi və digər qeydlərin aparılması üçün ölüm haqqında şəhadətnamə lazımdır. Maraqlı şəxs isə 11.01.2022ci il tarixli məktubu ilə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmiş, məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Mərhum onun bacısıdır, onkoloji xəstəlikdən dünyasını dəyişmişdir. Vəfat edəndə yanında olmuşdur. Bacısını Qurd qapısı qəbirstanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Mərhum onun bacısıdır, onkoloji xəstəlikdən dünyasını dəyişmişdir. Vəfat edəndə yanında olmuşdur. Bacısını Qurd qapısı qəbirstanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, o sürücü olaraq dəfələrlə mərhumu xəstəxanaya aparmışdır. Həmin günü o öz bibisinin yas mərasimində olmuş, geri qayıtdıqda mərhumun ölüm xəbərini eşitmişdir. Onun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarinda olan AA ******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 16.02.1971-ci il tarixində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş XV-JQ seriyalı 439233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3158 saylı akt qeydi tərtib edilmişdir. X4, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X8 Stansiyasının 8 saylı bölməsinin 27.12.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 27.12.2021-ci il tarixdə saat 16.32 radələrində ünvan 1 ünvanına X3 adına çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi A.Cavadova yerinə yetirmişdir. Həkim gələnə qədər ölü qadın meyidi aşkar olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 11.01.2022-ci tarixli, 05/76-45/11 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarinda olan Bakı şəhər icra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 13.01.2022-ci il tarixli, 5 nömrəli arayışda qeyd olunur ki, X7 28.12.2021-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “16 saylı Şəhər Polinklinikasının” 18.02.2022-ci il tarixli, 70 saylı məktubunda qeyd olunur ki, polinklinikaya müraciət olmadığından 16.02.1971-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 16.02.1971-ci il təvəllüdlü X3 27 dekabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.02.1971-ci il təvəllüdlü X3 27 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1960/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1960/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver