Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1963/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olan oğlu X2 xx.xx.2025-ci ildə qəfləti ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X4 xx.xx.1978-ci ildə anadan olub, xx.xx.2025-ci ildə qəfil vəfat edib. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn edilib. xx.xx.2025-ci il tarixdə o, Azərbaycan Respublikası “Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyi” X7 “Bakı Baş Səhiyyə Mərkəzi Poliklinikasının müraciət etdi və nəticədə xx.xx.2025-ci il tarixli, 18-1-1/2-N-28-31-5/2025-ci il tarixli cavab məktubundan görünür ki, oğlu X2 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 saylı Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır və bu səbəbə görə də indiyə qədər oğlunun ölüm haqqında şəhadətnamə almamışlar.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
4. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 3 nömrəli şəhər poliklinikasının 6 fevral 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü X2 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci iil tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilməsi qaydasının 4.4.5 bəndinəö əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil.
7. Təcili və X3 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
8. 27.04.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
9. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışa əsasən müəyyən olunmuşdur ki, X4 xx.xx.2025-ci ildə vəfat etmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbirstanlığında dəfn olunmuşdur.
10. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
11. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
12. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
16. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil