Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1982/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 04.03.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhumun atası - 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X1 02.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və müvafiq şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası mərhum - 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X2 onunla birlikdə Bakı şəhəri Yasamal rayonu Balababa Məcidov küçəsi, ev 21 ünvanında yaşamışdır. Atası 02.02.2022-ci il vəfat etmişdir. Bu barədə məlumat TTYS PHŞ-nın həmin tarixli arayışında da öz əksini tapmış və orada həkimə qədər ölmüşdür diqanozu göstərilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, həmin orqan isə 17.02.2022-ci il tarixli 05/Q-513/15 nömrəli məktubla cavab verərək şəhadətnamə verilməsinin qeyri-mümkünlüyü ilə bağlı imtina etmiş və ona tibbi arayış təqdim edilmədiyi üçün ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Atası X2 ölümündən sonera Abşeron rayon Hökməli qəsəbəsi “X9 Cümə” qəbirstanlığında dəfn olunmuşdur. Odur ki, iddiaçı Ərizəçi məhkəmədən atası - 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X1 02.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və müvafiq şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Vəkil məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cu ildə Bakı şəhərində doğulmuş Ərizəçi atası X2, anası isə X4r. - Abşeron rayon Hömkəli qəsəbəsi “X5” məscidi dini icmasının 14 fevral 2022-ci il tarixli 49 saylı arayışından görünür ki, X2 02.02.2022-ci il tarixdə vəfat etmiş və Hökməli qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. - TTYS PHŞ-nın 19 saylı bölməsinin 02.02.2022-ci il tarixli 02197 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 02.02.2022-ci il tarixdə saat 15:15-da Bakı şəhəri Yasamal rayonu Badamdar yolu 139 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 9 saylı bölmənin həkimi Ə.Qasımov və tibb bacısı R.Yəhyayeva yerinə yetirmiş çağırış daxil olmuş xəstəyə həkimə qədər ölüm diaqnozu qoyaraq arayışda kişi cinsli meyidin aşkar edilməsini göstərmişlər. -Maraqlı şəxs 17.02.2022-ci il tarixli 05/Q-513/15-nömrəli məktubundan müəyyən edilir ki, 02.02.2022-ci il tarixdə vəfat etmiş X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X2 02.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və mərhum eyni tarixdə Hökməli qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Hazırda tibbi arayış olmadığından ölüm faktının aidiyyəti orqanda qeydiyyata alınması mümkün deyildir, Ərizəçi isə atası X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X1 02.02.2022ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuş X1 02.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1982/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1982/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver