Məhkəmə qərarları › İş №2(004)-1987/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1987/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1987/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Abşeron Rayon X9 Hüquqi Şəxsini cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Abşeron Rayon X9 Hüquqi Şəxsini cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1940-cı ildə Şəki rayonunda anadan olmuş X3 xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (qardaşı) Nümayəndə ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi xx.xx.1977-ci ildə anadan olmuş, Bakı şəhəri, S.Tağızadə küçəsi, Dalan 11, ev 1 qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır. X1 xx.xx.1940-ci ildə Şəki şəhərində anadan olmuşdur. ünvan 3 ünvanda qeydiyyatda olan mərhum X1 xx.xx.2024-cü il tarixdə, təxminən saat 19.50-də ünvan 1 ünvanında ürək tutması səbəbindən vəfat etmişdir. Vəfat edərkən bir neçə yaxın qohumları şahid olmuşdur. Faktla əlaqədar olaraq Bakı şəhəri Təcili və X7 Stansiyasının 1 saylı Bölməsi tərəfindən müvafiq Ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum X1 vəfat etdikdən sonra adət-ənənələrinə uyğun olaraq Abşeron rayonunda yerləşən Mehdabad qəbristanlığında dəfn edilmiş, dəfndən sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Y.Məmmədxan küçəsi 3215-ci məhəllədə yerləşən “Həzrəti Əli” məscidində hüzr mərasimi keçirilmişdir. Mərhum X1 barəsində “ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası’na, o cümlədən Maraqlı şəxs1nə müraciət etməklərinə baxmayaraq həmin orqanlar tərəfindən vəfat edən atası barəsində müvafiq sahədətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs1nə və Abşeron Rayon Mərkəzi Xəstaxanası hüquqi şəxsinə məlumat verilmiş, lakin onların nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 və Abşeron Rayon Mərkəzi Xəstaxanası hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi (indiki Yasamal rayon) tərəfindən verilmiş V-ЖГ 344668 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan AZE seriyalı 00533057 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 29 mart 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X7 Stansiyasının 9 saylı bölməsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20.20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, R.Behbudov 13 ünvanına X3 adına çağırış daxil olmuş, çağırışı 9 saylı bölmənin həkimi S.Cabbarlı yerinə yetirmişdir. Həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-532/2024 nömrəli məktubundan müəyyən olunur ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayon X9 hüquqi şəxsin X4 “ölüm haqqında tibbi şəhadətnamə’’ verilməsi ilə bağlı 29 fevral 2024-cü il tarixli, 18-1-20/2-Y-139-xx-xx/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. V.Məhərrəmovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X5 aid məzar daşının üzərində xx.xx.1940-xx.xx.2024-cü il tarixləri qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, mərhum X8 qaynatasıdır. O, xx.xx.2024-cü il tarixdə evdə vəfat etmişdir. Xəstəliyi yox idi. Lakin yaşlanmışdı. Onlarla birgə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, R.Behbudov 13 ünvanında vəfat emişdir. Təcili tibbi yardım çağırılsa da, həkim gələnə kimi o, ölmüşdür. Daha sonra Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, mərhum X8 babasıdır. O, xx.xx.2024-cü il tarixdə təcili yardım gələnə kimi vəfat etmişdir. Daha sonra Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1940-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı ildə Şəki rayonunda anadan olmuş X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar